Ermənistanda seçki öncəsi son rəy sorğusu – Paşinyan itirir, Köçəryan irəliləyir

Ermənistanda seçki öncəsi son rəy sorğusu – Paşinyan itirir, Köçəryan irəliləyir
"Gallup İnternasional Association” şirkəti Ermənistanda növbəti rəy sorğusu keçirib. Rəyi soruşulanların 22.4 faizi Nikol Paşinyanın seçki blokuna səs verməyə hazırdır. Robert Köçəryanın "Hayastan” bloku isə seçicilərin 20,6 faizinin səsini qazanıb.

Halbuki fevralda keçirilən sorğuda əhalinin 33,1 faizi Paşinyanı, cəmi 7,8 faizi isə Köçəryanı dəstəkləyib.

 

Son sorğu isə Köçəryanın mövqeyinin möhkəmləndiyindən xəbər verir. Hansı amillər bu vəziyyətin yaranmasına səbəb olub?

 

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Nikol Paşinyanın müəyyən manevr cəhdlərinə baxmayaraq sərhədlərin delimitasiya və demarkasiya prosesində Azərbaycanın öz sərhədləri daxilində möhkəmlənməsi Ermənistan daxilində onun reputasiyasına mənfi təsir göstərib:

 

"Həmçinin ölkədə sosial-iqtisadi vəzyyət ağırlaşmaqda davam edir. Paşinyanın martda elan etdiyi fəaliyyət planı çərçivəsində hələ də hər hansı bir irəliləyiş gözə dəymir. Bunun özü də Paşinyanın reytinqinə mənfi təsir göstərib”.

 

Amma ekspert sözügedən rəy sorğusunun reallığı tam əks etdirmədiyi qənaətindədir: "Əslində, Köçəryanın reytinqi Paşinyanla müqayisədə kifayət qədər aşağıdır. Cəmiyyət Köçəryana nifrətlə yanaşır. Bu səbəbdən də onun hakimiyyətə gəlməsində maraqlı deyillər. Köçəryanın verdiyi vədlər də revanşist açıqlamalar olmaqla yanaşı, Azərbaycan və Türkiyə ilə əlaqələrin pozulmasına hesablanıb. Paşinyanın ideyaları isə Ermənistanı iqtisadi blokadadan çıxarmaq, sülh və təhlükəsizlik paketlərindən ibarətdir”.

 

Bu səbəbdən həmsöhbətimiz rəy soğrusu keçirən "Gallup İnternasional Association” şirkətinin müəyyən qruplar tərəfindən ələ alındığı və bu sorğuların manipulyasiyaya, xalqı çaşdırmağa hesablandığını düşünür.

 

 

Rüfət SULTAN


OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...