Ermənistanda sabiq nazir müavini həbs olunub

Ermənistanda sabiq nazir müavini həbs olunub
İrəvandakı "Vərəmlə Mübarizə Milli Mərkəzi” qeyri-kommersiya dövlət təşkilatında aşkarlanan sui-istifadə faktları üzrə açılan cinayət işi çərçivəsində Ermənistanın keçmiş səhiyyə nazirinin müavini Vaan Poqosyan həbs edilib.

Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, mərkəzdə aparılan audit nəticəsində 2014-2018-ci illərdə çoxsaylı qanun pozuntuları, qurumun vəsaitlərinin mənimsənilməsi və təşkilatın rəhbərliyi tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə halları aşkarlanıb. Aparılan istintaq nəticəsində, həmçinin, bu cür qanun pozuntularında keçmiş səhiyyə naziri müavininin də iştirak etdiyi üzə çıxıb. 

Əldə edilən faktlar üzrə Ermənistanın keçmiş səhiyyə nazirinin müavini Vaan Poqosyan bu gün həbs olunub. 

Qeyd edək ki, Vaan Poqosyan 2011-2016-cı illərdə səhiyyə nazirinin müavini vəzifəsində çalışıb və postda olduğu müddətdə 3 nazirlə işləyib. (azvision.az)


OXŞAR XƏBƏRLƏR