Ermənistanda nazir müavini vəzifədən azad edildi
13:48 / 21.10.2021
616
Ermənistanın iqtisadiyyat nazirinin müavini Varos Simonyan vəzifəsindən azad edilib.
Sfera.az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan bununla bağlı fərman imzalayıb.
Digər fərmanla bu vəzifəyə Arşak Aslanyan təyin olunub.
Qeyd edək ki, V.Simonyan 2019-cu il avqun 22-də bu posta gətirilmişdi. O, bundan əvvəl Ermənistanın Avropa İttifaqındakı ticarət attaşesi işləyib.