Ermənistanda müxalifət yenidən mitinq keçirir
16:38 / 06.03.2021
1312
Ermənistanın "Vətənin xilası hərəkatı”nın üzvləri Yerevanda Baqramyan prospektində parlament binası qarşısında növbəti mitinq keçirir.
Sfera.az erməni mediasına istinadən xəbər verir ki, artıq müxalifət uzun müddətdir ki, prospektdə oturaq etiraz aksiyası keçirir. Aksiya iştirakçıları çadırlar qurub, prospekt isə bağlanıb.
Xatırladaq ki, ötən mitinqdə müxalifətin Baş nazir postuna namizədi Vazgen Manukyan bu gün bütün erməni xalqının iştirakı ilə böyük mitinq keçiriləcəyini bildirmişdi.
Qeyd edək ki, TASS-ın məlumatına görə, mitinqdə 2 minədək insan iştirak edir.