Ermənistanda koronavirusun “delta” variantı yayıldı
Dünya
20:35 / 02.08.2021
2070
Ermənistanda koronavirusun "Hindistan ştammı” ("delta” variantı) yayılıb.
Sfera.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, test edilən 30 nümunədən dördü "Britaniya ştammı”nı, 25 -i isə "delta” ştammını göstərib.
Qeyd edək ki, mütəxəssislər, uzun müddətdir ki, ölkənin koronavirus epidemiyasının dördüncü dalğasının astanasında olduğu barədə xəbərdarlıq edirlər.