Ermənistanda koronavirus tüğyan edir: bir gündə 2297 yoluxma, 10 ölü
11:35 / 22.10.2020
1318
Ermənistanda daha 2 297 nəfərdə koronavirus aşkarlanıb, 10 nəfər isə ölüb.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 70 836-a, pandemiyadan ölənlərin sayı isə 1 131-ə yüksəlib.
Hazırda Ermənistanda 19 591 aktiv koronavirus xəstəsi var.
Aysel
Sfera.az