\"Ermənistanda idarəetmə iflic olub, xarici siyasət institutu isə başsız qalıb\" - Ekspert

\
Ermənistanda iyunun 20-nə nəzərdə tutulmuş növbədənkənar parlament seçkilərinə sayılı günlər qalıb. Hazırda siyasi gərginliyin davam etdiyi ölkənin seçkiləri ilə bağlı müxtəlif versiyalar irəli sürülür.

Politoloq Samir Hümbətov Sfera.az-a açıqlamasında dedi ki, bu seçkilər Ermənistan üçün əvvəlki seçkilərdən bir neçə cəhətinə görə fərqlənir:

"Birincisi, Ermənistan ilk dəfə seçkilərə ölkə müharibədə məğlub olmuş, ordusu dağılmış, iqtisadiyyatı çökmüş vəziyyətdə gedir. İkincisi, dövlətin siyasi idarəetmə institutları sıradan çıxıb, mərkəzdən idarəetmə iflic olub, xarici siyasət institutu isə başsız qalıb. Digər tərəfdən ordu və hökumət arasında ciddi konfrantasiya yaranıb, mövcud hökumət daxilində xarici qüvvələr və onların əlaltılarından asılılıq artıb. 

O cümlədən 1997-ci ildən 2018-ci ilə qədər hökumətin siyasi istiqaməti Rusiyaya bağlı olduğu halda, 2018-ci ildə keçrilmiş seçkidə Qərbin dəstək verdiyi Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Ermənistanda siyasi inteqrasiya istiqaməti Rusiyaya deyil, Qərbə doğru dəyişməyə başladı. Bu gün də Ermənistanda keçirilən seçkilərdə Rusiya-Qərb qarşıdurması var”.

Politoloq qeyd edib ki, İkinci Qarabağ savaşında Azərbaycanın qazandığı qələbə Ermənistanın hərbi və siyasi idarəetməsini parçaladığı kimi cəmiyyəti də parçaladı:

"Nəticədə Ermənistan klanı ilə Qarabağ klanı arasında gizli qarşıdurma aşkar qarşıdurmaya keçdi. Ermənistan daxilində gedən proseslər, Ermənistan-Azərbaycan sərhəddində baş verən insidentlər, İran XİN başçısı Cavad Zərifin Azərbaycana və Ermənistana səfərləri, seçkiqabağı Nikol Paşinyanın Fransaya səfəri, Fransa prezidenti Emmanuel Makronun Ermənistan-Azərbaycan dövlət sərhəddində baş verənlərlə bağlı verdiyi sərsəm bəyanatlar və nəhayət, eks prezidentlər Levon Ter Petrosyanın və Robert Koçaryanın verdiyi müsahibələr və.s onu göstərir ki, önümüzdəki dövrdə Ermənistanda uzun müddət vəziyyətin normallaşması real görünmür”.

Günay Rəsulqızı
Sfera.az


 

OXŞAR XƏBƏRLƏR

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...