Ermənistanda hərbçi həmyerlisinə avtomatdan atəş açdı
19:18 / 05.09.2021
3906
Ermənistanın Kotaysk əyalətində atışma və bıçaqlanma olub.
Məlumata görə, əyalətin yerli sakini, 21 yaşlı Qriqor S. bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı araşdırma zamanı məlum olub ki, Qriqor S. əyalətin digər sakini Ara Q. tərəfindən bıçaqlanıb. Sonuncu bundan sonra ona avtomatdan atəş açıb.
Qeyd edilir ki, hadisəni törədən şəxs hərbçidir. O, Ermənistan ordusunda xidmət edir.
Faktla bağlı cinayət işi qaldırılıb.
///report