Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov baba oldu

Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov baba oldu
 
Körpənin adını Dilqəm qoydular

5 ildir erməni girovluğunda saxlanan Kəlbəcər sakini Dilqəm Əgərov baba olub.

Bu barədə Modern.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. K.Əsgərov qismən də olsa, anasına verdiyi sözünü reallaşdırdığını bildirib:

"Anam atamın həsrətini çox çəkirdi. Anama söz vermişəm ki, atam azad olunub gələnə kimi onun azadlığı uğrunda mübarizə aparacam. Anamın az da olsa Dilqəm həsrətini yumşaltmaq üçün qərar verdim ki, atamsız evlənim və elə də oldu. Evləndim və bu gün bir oğlum dünyaya gəldi. Körpə Şəmkirdə doğuldu. Adını Dilqəm qoyduq”.

Kürdoğlu Əsgərov öz oğlunu anasına hədiyyə etdiyini vurğulayıb:

"İstəyirəm anam az da olsa balaca Dilqəmlə baba Dilqəm azad olub gələnə kimi təsəlli tapsın”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olan digər soydaşımız Həsən Həsənov isə güllələnərək öldürülüb. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin qondarma "məhkəməsi” D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...