Ermənistanda daha bir yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
14:14 / 16.11.2020
5805
Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin Hərbi sənaye komitəsinin sədri Artak Davtyan vəzifəsindən azad edilib.
Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Nikol Paşinyan qərar imzalayıb.
Qeyd edək ki, A. Davtyan 17 iyul tarixində Hərbi sənaye komitəsinin sədri vəzifəsinə təyin edilib. O, bundan əvvəl Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi olub.