Ermənistana 2,6 milyard, Azərbaycana isə 150 milyon? – Brüssel nə demək istəyir?
13:52 / 19.07.2021
1155
Atlas
Araşdrımalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Avropa İttifaqı
prezidenti Şarl Mişelin tərəfkeşlik etdiyini bildirib.
Sfera.az
xəbər verir ki, politoloq ittifaqın həm Azərbaycan, həm də Ermənistan üçün eyni
münasibət sərgilmədiyini vurğulayaraq, təşkilatın ikitərəfli sülhü təmin etməli
olduğunu xatırladıb:
"Avropa
İttifaqı Şurasının prezidenti Şarl Mişelin bölgəyə səfəri başa çatdı. Şarl
Mişelin Ermənistana səfəri və orada verdiyi açıqlamalar Azərbaycanda detallı şəkildə
müzakirə olundu. Şarl Mişelin bölgəyə səfərindən öncə xəbər yayıldı ki, Avropa İttifaqı
Ermənistana 2,6 milyard avroluq yardım paketi ayrıacaq. Avropa İttifaqının Azərbaycana
ayıracağı yardım paketi isə 150 milyon avrodur.
Görünür,
Brüsseldə hesab ediblər ki, müharibədən sonra əldən düşən Ermənistanın daha çox
yardıma və maliyyə dəstəyinə ehtiyacı var, Azərbaycanın isə kifayət qədər
maliyyə resursları olduğundan Bakıya xüsusi yardım paketinin ayrılmasına
ehtiyac yoxdur. Halbuki, Brüsselə də bəllidir ki, Ermənistanın 30 il ərzində dağıtdığı
ərazilərin bərpasına və yenidən qurulmasına ehtiyac var və Avropa İttifaqının bərpa
çalışmalarına yardım paketi ayırlması Azərbaycanın maraqlarına uyğun olardı.
Təsadüfi
deyil ki, Azərbaycan prezidenti İlham Əliyev Bakıda Şarl Mişellə görüşdə Avropa
İttifaqı Şurasının prezidentinə "Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabı təqdim
etdi. Avropa İttifaqı rəsmisinə əyani göstərildi ki, Brüssel əslində Qarabağın
yenidən qurulmasına dəstək verməli və bununla Azərbaycanla əməkdaşlığı keyfiyyətcə
yeni mərhələyə qaldırmış olardı. Etmədilər".
Politoloq
rəsm Bakının Avropa İttifaqının İttifaqının digər vasitəçilik təşəbbüslərini qəbul
etməyəcəyini deyib: "Brüsselin "balans” dediyi siyasət Ermənistanın bərpasını
üstün tutur. Ancaq Brüssel hələ ki, sadəcə yardım vədi verib, maliyyənin nə qədərinin
Ermənistana çatacağı və nə qədərinin Ermənistandakı layihələrə xərclənəcəyi bəlli
deyil. Ona qalsa, Ermənistandan Avropaya daha yaxın Ukraynaya Brüsselin verdiyi
vədlərin böyük hissəsi yerinə yetirilmədi və Ukrayna iqtisadiyyatı əvvəlkitək ağır
günlərini yaşayır. Digər tərəfdən Brüssel Rusiyadan asılı olan Ermənistanın
iqtisadi və sosial problemlərini həll etməklə hansı geosiyasi vəzifəsini yerinə
yetirəcək ki? Ermənistan iqtisadiyyatı tamamən Rusiyaya bağlıdır. Brüssel bu bağlılığı
öz xeyrinə dəyişə bilməyəcək. Belə çıxacaq ki, Brüssel Ermənistanın
infrastrukturunu ona görə bərpa edəcək ki, Rusiya bu işə çox pul xərcləməsin.
Bu isə Rusiya ilə sanksiyalar rejimində olan Avropa İttifaqının konsepsiyasına
ziddir.
Avropa İttifaqının
bölgə sülhü üçün ən böyük xidməti Azərbaycanla Ermənistan arasında sülh
sazişinin imzalanmasına yardımı ola bilərdi. Avropa İttifarı Azərbaycanın və
Ermənistanın ərazi bütövlüyünü tanıdığı halda hər iki ölkənin də bir-birlərinin
ərazi bütövlüklərini tanımasını təmin etməyə çalışmalıdır. Brüssel bunları etməyəcəksə,
Bakı Avropa İttifaqının digər vasitəçilik təşəbbüslərini qəbul etməyəcək, əməkdaşlıq
ticarət və enerji mövzularından kənara çıxmayacaq. Növbəti "hərbi əsirlər” əvəzinə
mina xəritələri razılaşmalarının yerinə yetirilməsi üçün Brüsselin səylərinə
ehtiyac yoxdur. Birinci təşəbbüsdən sonra bu məsələlərin həllində də Rusiya ön
plana çıxıb".
Sfera.az