Ermənistan Xızıya raket atdı
Siyasət
17:35 / 18.10.2020
1012
Ermənistan Silahlı qüvvələri tərəfindən atılan raket Xızı rayonu ərazisində havada zərərsizləşdirilib.
Sfera.az xəbər verir ki, humanitar atəşkəs dövründə Ermənistan Silahlı qüvvələri tərəfindən atılan raket Xızı rayonu Sitalçay kəndi ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən havada zərərsizləşdirilib.
Raket şumlanmış əkin sahəsinə düşərək 3 hissəyə bölünüb.
Hazırda, raketin olduğu ərazi polis tərəfindən mühafizə olunur, əraziyə kənar şəxslərin daxil olmasına icazə verilmir.
Əraziyə ANAMA-nın mütəxəssislərinin gəlməsi gözlənilir.