Ermənistan xeyriyyə fondunun sədri Tatarıstanda saxlanıldı

Ermənistan xeyriyyə fondunun sədri Tatarıstanda saxlanıldı
Tatarıstanın Naberejnıye Çelna şəhərində Ermənistanın "Hay-Bi-Si” xeyriyyə fondunun beynəlxalq axtarışda olan rəhbəri A.A.Tunyan həbs edilib.

Tunyana qarşı dələduzluq maddəsi üzrə cinayət işi açılıb. O, 2017-ci ilin sentyabrında Yerevanda ölən hərbçinin qızından mənzillə təminat adı ilə 4 min ABŞ dolları alıb.

Ancaq o, bu pulu mənimsəyərək vədini yerinə yetirməyib."Qafqazinfo” 

OXŞAR XƏBƏRLƏR