Ermənistan vətəndaşı Azərbaycanın yol polisinə cərimə ödəməli olacaq

Ermənistan vətəndaşı Azərbaycanın yol polisinə cərimə ödəməli olacaq
Bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolu boyunca keçən Syunik rayonunda (qərbi Zəngəzur) Azərbaycanla həmsərhəd olan Xndzoresk kəndinin Syunetsi adlı sakini, yol hərəkəti qaydalarını pozduğuna görə azərbaycanlı yol polisi əməkdaşı tərəfindən cərimələnib.

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, yol hərəkəti qaydalarının pozulması haqqında protokol aldıqdan sonra Syunetsi cərimə ödəməli olacaq, amma bunu necə edəcəyini bilmir.

"Vorotana getdim, məni türk (azərbaycanlı, -red) yol polisi işçisi saxlayıb, akt yazıb, indi harada ödəyəcəyimi bilmirəm", - o şikayətlənir.

Syunetsi xatırladıb ki, onun yaşadığı kənd Azərbaycanla sərhədin yaxınlığında yerləşir.

Azərbaycanın yol polisində Ermənistan vətəndaşlarına Azərbaycanın inzibati xətalar haqqında qanununa uyğun olaraq cərimə ödəməyi tövsiyə ediblər:

"Ermənistan vətəndaşları cərimələri Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin saytında onlayn şəkildə ödəyə bilərlər. Əks halda, onların avtomobilləri Gorus-Vorotan magistral yolunda müsadirə olunaraq cərimə dayanacaqlarına aparılacaq”.


  












OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...