Ermənistan və Gürcüstanın Baş nazirləri İrəvanda görüşdü
19:36 / 09.10.2021
1848
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistana səfər edib.
Sfera.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.
Tərəflər "Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü” ilə bağlı müzakirə aparıblar.
Qeyd olunub ki, Cənubi Qafqaz ölkələri ilə yanaşı beynəlxalq tərəfdaşların da iştirak edəcəyi yeni sülh formatı yaxşı qonşuluq perspektivləri ilə bağlı müzakirələri asanlaşdıracaq.
İ. Qaribaşvili Gürcüstanın bölgədə sülh, sabitlik, həmçinin regionun tədricən yeni imkanlar, inkişaf və sülh regionuna çevrilməsini təmin etmək məqsədi ilə aktiv vasitəçilik rolunu davam etdirməyə hazır olduğunu bir daha vurğulayıb.