Ermənistan türk mallarının idxalını qadağan etmək istəyir

Ermənistan türk mallarının idxalını qadağan etmək istəyir

 

Ermənistan türk mallarının idxalına qadağa qoyulmasını nəzərdən keçirir. 

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü hökumət saatı zamanı parlamentdə çıxış edən Ermənistanın iqtisadiyyat naziri Artsvik Minasyan bildirib.  

Deputatlardan biri ölkələr arasında diplomatik əlaqələrin olmadığını, eləcə də Ankaranın Qarabağ məsələsi üzrə Azərbaycanın mövqeyini dəstəklədiyini nəzərə alaraq, hökumətə türk mallarının idxalına, Türkiyədə istirahətə və ölkəyə birbaşa reyslərin həyata keçirilməsinə qadağa qoymağı təklif edib.

Nazir qeyd edib ki, baş nazirin göstərişi ilə İqtisadiyyat Nazirliyi bu məsələ üzrə müvafiq araşdırmalar aparır, keyfiyyət və rəqabət nöqteyi-nəzərindən erməni iqtisadiyyatına təhdid doğuran mallar ilk növbədə araşdılır. 

Nazirin sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistanın Aİİ bazarının təhlükəsizliyini qorumaq məqsədilə bir sıra mallara sanksiyalar tətbiq edə biləcəyi vasitələr mövcuddur. 

"Amma bütün məsələləri dəqiq hesablamaq lazımdır ki sosial ziyan dəyməsin. Bu yaxınlarda parlamentə baxılması üçün çıxarılacaq, dəqiq fəaliyyət proqramını təqdim edəcəyik”, - Minasyan deyib. 


OXŞAR XƏBƏRLƏR

Aprelin bütün sosial ödənişləri yekunlaşdı

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Fonddan Sfera.az...

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...