“Ermənistan təxribatının məsuliyyətini həm də ATƏT daşıyır\"

“Ermənistan təxribatının məsuliyyətini həm də ATƏT daşıyır\
 
"Mülki şəxsin öldürülməsi işğalçı ölkənin özünü cəzasızlıq şəraitində hiss edərək növbəti təxribata əl atmasıdır".

Bunu "MediaPost"a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.  

Onun fikrincə, təxribatların məsuliyyəti təkcə işğalçı Ermənistana yox, eləcə də ATƏT-in Minsk qrupuna, beynəlxalq təşkilatlara aiddir:

"Bu günə kimi, münaqişənin tənzimlənməsi istiqamətində ancaq məsləhətlər verməklə kifayətlənirlər. Bu məsləhətlər də qeyri-obyektivliyi ilə seçilib. Həm işğalçılıq siyasətini həyata keçirən, həm də işğala məruz qalan tərəfə münaqişənin dinc vasitələrlə tənzimlənməsi tövsiyə olunur. Təbii ki, belə yanaşma ədalətsizlikdir. Ermənistan tərəfi də özünə sərf edən şəraitdən istifadə edərək Azərbaycan sərhədlərində növbəti təxribatlarını davam etdirir".

E. Mirbəşiroğlu bildirib ki, ordumuz həm şəxsi heyətin hazırlığı, həm də maddi-texniki təchizatı baxımından, Ermənistan ordusu ilə müqayisə olunmayacaq qədər güclü səviyyədədir: "Azərbaycan döyüşləri davam etdirmək qabiliyyətindədir. Ancaq regionda vəziyyətin gərginləşməsinin başlıca səbəbi beynəlxalq təşkilatların qeyri-obyektiv yanaşmasıdır. Azərbaycan Ordusu erməni işğalçılarını istənilən vaxt yerində oturda bilər, ancaq beynəlxalq qurumların da Ermənistan təxribatlarına cavab verəcək mövqeyi olmalıdır".  

Qeyd edək ki, iyulun 14-ü Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub. Bu, Tovuz rayonunun Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğludur. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür.

Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan dəyib.

Beynəlxalq ictimaiyyət, ATƏT MQ həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi şəkildə qınamalıdırlar.

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...