“Ermənistan terrorçuluğu, narkotranziti və qanunsuz silah alverini genişləndirir”

“Ermənistan terrorçuluğu, narkotranziti və qanunsuz silah alverini genişləndirir”
 

"Beynəlxalq səviyyədə tanınmış müstəqil bir dövlətin ərazilərini 30 ilə yaxındır ki, işğal altında saxlayan, hər cür bəhanələrlə danışıqlar prosesini uzatmağa və ya dayandırmağa çalışan Ermənistan bu addımı ilə döyüşləri yenidən aktivləşdirmək və regional təhlükəsizliyi pozmaqda maraqlı görünür. Prezident İlham Əliyev sentyabrın 19-da Azərbaycan televiziyalarına verdiyi müsahibəsində bu məsələyə də toxunaraq qeyd etdi ki, danışıqlar faktiki olaraq getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Prezident daha sonra vurğuladı ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın məkrli siyasətinə qoşulmaq istəmirik”.

Bunu "MediaPost”a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov deyib. Politoloqun fikrincə, prezidentin çıxışından da belə nəticəyə gəlmək olur ki, Ermənistan hakimiyyəti hər cür vasitələrdən istifadə etməklə danışıqlar prosesini uzatmağa, mövcud status-kvonu stabil saxlamağa cəhd edir:

"Bu addımı ilə vaxt qazanaraq Cenevrə Konvensiyasına tamamilə zidd olaraq, müxtəlif yerlərdən gətirilmiş erməniləri Dağlıq Qarabağda qanunsuz məskunlaşdırmaqla demoqrafik vəziyyəti yaxşılaşdırmağa, o cümlədən, Azərbaycanın tarixi-mədəni abidələrini dağıtmağa və ya özününküləşdirməyə çalışır. Habelə, işğal edilmiş ərazilərin nəzarətdən kənar qalması fürsətindən istifadə etməklə terrorizmi, narkotranziti və qanunsuz silah alverini genişləndirir”.

R. Hüseynovun sözlərinə görə, digər tərəfdən Ermənistanın danışıqlar prosesini dayandırmaq niyyətini Azərbaycanı müharibəyə təhrik etmək cəhdi kimi qiymətləndirmək olar:

"Bu da təsadüfi deyil. Ermənistanın Azərbaycana qarşı son təxribatından sonra himayəsində olduğu Rusiya tərəfindən loyal münasibət görməsi, həmin dövlətin müxtəlif hakim elitası tərəfindən siyasi dəstək alması, əsasən də böyük həcmdə silahlarla təmin olunması onu arxayınlaşdırıb.

Təəssüflə qeyd etmək lazımdır ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövləti olan və regionun təhlükəsizliyində maraqlı olan Rusiyanın illərdir ki, Ermənistana bu və ya digər formada dəstək verməsi faktiki olaraq onun Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə, separatizm, terror siyasətini həyata keçirməsinə geniş imkanlar açır. Bu da nəticə etibarilə, Ermənistanın hazırkı hakimiyyətinin Azərbaycana qarşı vaxtaşırı təxribat xarakterli hərbi açıqlamalarla çıxış etməsinə və ölkəmizi yeni işğallarla təhdid etməsinə rəvac verir”.

"Düşünürəm ki, Azərbaycanın Ermənistanın bu təxribatçı siyasətini düzgün dəyərləndirməklə adekvat addımlar atacağı istisna edilmir. Regionda sülhün qorunub saxlanılmasında maraqlı olan Azərbaycanın müstəqil dövlət olaraq hüquqlarından istifadə etməklə dövlət sərhədlərini, ərazi bütövlüyünü müharibə yolu ilə bərpa etməsi qaçılmaz görünür. Buna ölkənin peşəkar ordusu, həmçinin vətənpərvərlik ruhunda olan vətəndaşların döyüş əzmi tam imkan verir” - deyə, politoloq bildirib.


OXŞAR XƏBƏRLƏR

Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.    Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, bu dəf...

Macarıstan XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana gəlir.   Sfera.az xəbər verir ki, Peter Siyarto Bakıda bir sıra görüşlər...

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

45 yaşlı kişi 23 yaşlı qızı QAÇIRDI - RƏSMİ AÇIQLAMA

“Qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur”.   Bunu Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəi...