Ermənistan tərəfində döyüşmüş ekstremist qruplaşma rəhbəri həbs olundu

Ermənistan tərəfində döyüşmüş ekstremist qruplaşma rəhbəri həbs olundu
Fransa vətəndaşı, Parisdə zorakılığın əsas təhrikçisi olan ekstremist "Zouaves Paris” (ZVP) qruplaşmasının lideri, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycanın işğal altında olan ərazilərinə gələrək terrorçuluq fəaliyyəti ilə məşğul olmuş və Ermənistan tərəfində muzdlu kimi döyüşmüş Mark De Kakkere-Valmenir Fransada 1 il müddətinə azadlıqdan məhrum edilib.

Sfera.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məkumat yayıb.

Məlumata görə, prezidentliyə namizəd, ifrat sağçı Erik Zemmurun dekabr ayında keçirilən mitinqində zorakılıq tətbiq etdiyi üçün nümayişlərdə iştirakına qadağa qoyulan De Kakkere-Valmenir yanvarın 15-də keçirilən aksiyada iştirak etdiyi üçün saxlanılıb və sonra həbs edilib.

De Kakkere-Valmenir daha əvvəl Parisdəki barda hücuma görə bir il həbs cəzasına məhkum olunub.

Qeyd edək ki, onun aksiyalarda iştirakına qadağa qoyulmuşdu.

Bu, ekstremist qruplaşma rəhbərinin ilk həbsi deyil. O, 2018-ci ilin dekabrında "sarı jiletlilər”in nümayişində zorakılığa görə 6 ay, bara hücuma görə isə 10 ay həbs cəzasına məhkum edilmişdi.

Xatırladaq ki, "Zouaves Paris” qruplaşmasının lideri 2020-ci ilin oktyabrında ikinci Qarabağ müharibəsində işğalçı Ermənistanın tərəfində müharibədə iştirak etdiyini bildirmişdi. Mark de Kakkere-Valmenir instaqramdakı səhifəsində qeyd etmişdi ki, Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb. Mark de Kakkere "Kalaşnikov" avtomatı lə hərbi formada şəklini paylaşaraq ermənilərlə əməkdaşlıqla "xarici könüllülər briqadası"nı yaratmaq arzusunu açıqlamışdı.

Özünü faşist adlandıran Mark de Kakkere-Valmenir Parisdə zorakılığın əsas təhrikçisi olan sağ ekstremistlər qruplaşmasına "Zouaves Paris” adını verib. (Report)

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...