\"Ermənistan tərəfi sosial şəbəkələrdə köhnə foto və videolardan istifadə edir\" - Deputat

\
 

"Vəziyyət gərgin olaraq, qalır. Artıq Ermənistan tərəfi iriçaplı pulemyotlar, toplar, artilleriya qurğularından istifadə etməklə dinc əhalini atəşə tutur, kəndləri vururlar”.

Bunu "MediaPost”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, politoloq Arzu Nağıyev deyib.

O, işğalçı ordunun hücumlarına baxmayaraq, dinc əhali arasında hər hansı itki qeydə alınmadığını söyləyib:

"Tovuzun Dondar Quşçu, Ağdam kəndləri intensiv olaraq, artilleriya atəşinə məruz qalır. Məlumdur ki, belə intensiv atışma vaxtı hər iki tərəf ciddi itkilər verə bilər. Ermənistan tərəfi təbii ki, bizdən dəfələrlə çox itki verib. Lakin bunu gizlədirlər. İşğalçıların itkilərini gizlətməkdə məqsədi öz aralarında səs-küyün qalxmaması, problemlərin yaranmasının qarşısını almaqdır.

Ermənistan tərəfi öz vətəndaşlarını sakitləşdirmək, Azərbaycan cəmiyyətində panika yaratmaq üçün sosial şəbəkələrdəki köhnə foto və videolardan istifadə edir.

Müdafiə Nazirliyinin yaydığı məlumatlar həqiqəti əks etdirir. Azərbaycan Orudusu əməliyyat şəraitinə nəzarət edir”.

Deputat sərhəd bölgəsindəki sakinlərimizin Ermənistanın təxribatçı hərəkətlərinə öyrəşdiyini bildirib:

"Tovuz, Gədəbəy, Ağstafa - bu zonada olan, sərhəd bölgələrində yaşayan bütün vətəndaşlar illərdir vəziyyətə öyrəşiblər. Buna son qoymaq, müharibəni bitirmək lazımdır. Çünki hər bir vətəndaşın konstitusion hüququ var ki, onlar vətəndaş kimi normal yaşasınlar. Vətəndaşlarımızın azadlığına təcavüz edən erməni işğalçıları birmənalı şəkildə öz yerinə otuzdurulmalıdır.

Azərbaycan xalqı mütəmadi olaraq, lokal müharibələrin baş verməsinə baxmayaraq, onun qarşısının alınmasında öz mərdliyini göstərir və Azərbaycan Orusu ilə, Silahlı Qüvvələrlə bir yerdədirlər”.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...