Ermənistan spikerinin elə görüntüləri yayıldı ki... - Düşmən ölkə qarışacaq + MƏTN

Ermənistan spikerinin elə görüntüləri yayıldı ki... - Düşmən ölkə qarışacaq + MƏTN
Ermənistan parlamentinin spikeri Alen Simonyanın rəsmi qəbullardan birində çəkilmiş gizli görüntüləri yayılıb.
 
Sfera.az xəbər verir ki, həmin görüntülərdə Simonyan həmsöhbətin "mənim üçün artıq əsirlər mövcud deyil”,-deyə bildirir.
 
Simonyan çox güman ki, Azərbaycanla sərhəddə noyabrın 16-da əsir götürülmüş bir qrup erməni hərbçisini nəzərdə tutur. Simonyanın görüntülərini mobil telefonla gizlicə çəkən şəxs danışmır, amma görüntülərin bir neçə hissədən ibarət olduğu və kəsilib birləşdirildiyi görünür:

Həmsöhbəti: Məsələn, bizim əsirlər hələ 2-3 ay da gözləyə bilər?

Alen Simonyan: Düz deyirlər, düz deyirlər...

Həmsöhbəti: İnsanlar arasında belə şeylər danışanda...

Simonyan: Yox, düz deyil, başa düşmürlər. Həmin əsirlərin, həmin o əsgərlərin vəzifəsi nə idi?..

Həmsöhbəti: Vətəni müdafiə etmək.

Simonyan: Bağışlayın, ola bilsin mən bir az düf ifadə etmirəm, amma hesab edirəm ki, həmin əsirlər artıq yoxdur. Mənim üçün onlar yoxdur. Terrorçular təyyarəni girov götürəndə İsrail onlarla danışıqlar aparmır, təyyarəni vurur. Bəs bilirsinizmi, kimdir həmin əsirlər?

Həmsöhbəti: Bunu sizdən eşitmək istərdim...

Simonyan: Bunlar silahlarını atıb qaçıblar və azıblar. Mən bu haqda publik olaraq danışa bilmərəm. Bəs sizə maraqlı deyilmi ki, nəyə görə həmin əsirlərin valideyinləri indi fəallıq göstərmir? Çünki həmin adamlar bilir ki, əsgərlər fərarilik ediblər. Silahı atıb qaçıblar və əsir düşüblər.

Alen Simonyanın hələlik bu videoya münasibəti məlum deyil, amma Ermənistan parlamentinin bu gün əsirlərlə bağlı məsələni müzakirə etmək üçün təcili toplantı keçirəcəyi bildirilir.

virtualaz.org

OXŞAR XƏBƏRLƏR

Aprelin bütün sosial ödənişləri yekunlaşdı

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Fonddan Sfera.az...

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...