Ermənistan Saakaşviliyə “cəza kəsdi” – Azərbaycanı dəstəklədiyinə görə

Ermənistan Saakaşviliyə “cəza kəsdi” – Azərbaycanı dəstəklədiyinə görə

 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili İrəvan Universitetinin fəxri doktoru adından məhrum ediləcək.


Sfera.az RİA. Novosti-yə istinadla xəbər verir ki, Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Azərbaycanı dəstəklədiyinə görə İrəvan Dövlət Universitetinin fəxri doktoru adından məhrum edilməsi prosesini başlatdığını bildirib.


Daha əvvəl rəsmi Facebook səhifəsində mövqeyinin ərazi bütövlüyü prinsipinə əsaslandığını bildirən Saakaşvili Dağlıq Qarabağı "Azərbaycanın ayrılmaz hissəsi " adlandırmışdı.


"Bu gün Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin universitetin fəxri doktoru adından məhrum edilməsi tələbi ilə İrəvan Dövlət Universitetinin Elmi Şurasına müraciət etmək qərarına gəldim",- deyə Arutyunyan Facebook-da yazıb.


Onun sözlərinə görə, bu qərar, Saakaşvilinin Azərbaycanın "erməni kimliyinə, yaşam hüququna, öz müqədddəratını müəyyən etməsinə və əzəli torpaqlarında rahat yaşamasına qarşı” yönələn addımlarında dəstəyinə görə verilib.


Xatırladaq ki, Qarabağ münaqişəsinin tarixi 1988-ci ilə gedib çıxır. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonlar Rusiyanın hərbivə siyasi dəstək verdiyi təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalıb və artıq 30 ildir ki, beynəlxalq təşkilatların bütün səylərinə baxmayaraq, problem öz həllini tapmayıb. Yüz minlərlə azərbaycanlı doğma yurd-yuvasından didərgin salınaraq, qaçqın və köçkün həyatı yaşamaqda davam edir.


Selcan

Sfera.az

 

 

 

 


 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR