Ermənistan Qarabağla bağlı nəyi gizlədir? – Keçmiş nazirlər detalları açdı

Ermənistan Qarabağla bağlı nəyi gizlədir? – Keçmiş nazirlər detalları açdı

"Azadlıq” radiosunun erməni xidməti Ermənistanın keçmiş xarici işlər nazirlərindən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinin bəzi detallarını öyrənib.
 

Sfera.az xəbər verir ki, 1993-96-cı illərdə xarici işlər naziri olmuş Vaan Papazyan ermənilərin bir məsələdə yalan danışdığını bildirib: "Mən bir sıra məsələləri tamamilə açmaq istəmirəm. Çünki danışıqlar prosesi hələ də gedir. Lakin onu deyə bilərəm ki, Azərbaycanın atəşkəs haqda xahiş etməsi, yaxud yalvarması haqda deyilənlər tamamilə yalandır. Hər iki tərəf münaqişə edirdi və hər iki tərəfin ordusu zəifləmişdi”.
 

1996-1998-ci ildə Papazyanı əvəz edən Aleksandr Arzumanyan güzəştlərin məcburi və qaçılmaz olduğunu bildirib: "Kazanda, yaxud Madriddə qəbul olunmuş prinsiplər ətrafında həll paketini hazırlamaq olar”.

 

Qeyd edək ki, keçmiş diplomat Arumanyanın güzəşt deməklə əslində hazırda müzakirə edildiyi deyilən rayonların qaytarılması məsələsini nəzərdə tutur. Ermənistanda siyasilər və rəsmilər hazırki danışıqlar prosesini "qarşılıqlı güzəşt” adlandıraraq, guya Azərbaycanın da güzəşt edəcəyi ilə bağlı daxili ictimaiyyətə inandırmağa çalışır. Həmçinin, Ermənistan tərəfi bununla "biz güzəştə gedirik, qarşı tərəf də getsin” deməklə, qaytarmağa məcbur olduğu Qarabağdan nəsə qopartmağa çalışır. Bu, həm də ermənilərin siyasi ritorikasıdır.
 

"Münaqişə güzəştlə olmalı və hər iki tərəf güzəştə getməlidir”, - Arzumanyan ritorikanı davam etdirir.
 

Eyni ritorika 1998-2008-ci illərdə xarici siyasətə rəhbərlik etmiş Vardan Oskanyanın da dilindən səslənir.

 

 

 

 

Publika.az //

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...