Ermənistan Qarabağda döyüşən muzdluların pulunu ödəyə bilmir

Ermənistan Qarabağda döyüşən muzdluların pulunu ödəyə bilmir
Ermənistan hökuməti işğalçı ölkənin ordusunun tərkibində Qarabağda döyüşmüş muzdluların pulunu ödəyə bilmir.

Sfera.az xəbər verir ki, məlumatı "Sputnik Armeniya” yayıb.

Həmin muzdluların bir qrupu yanvarın 22-də Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında aksiya keçiriblər. Onlar vəd edilən pulun ödənilməməsinə aydınlıq gətirilməsi tələb ediblər.

David Ovannisyan adlı aksiya iştirakçısı bildirib ki, döyüşlərin ilk günündən Qarabağa gedib: "Noyabrın 30-da Qarabağdan gəlmişəm. Dövlətin cəbhədən qayıdanlara müəyyən məbləğ ödədiyini biləndən təzminat almaq üçün komandanlığımız da daxil olmaqla müxtəlif orqanlara müraciət etsəm də, heç bir cavab almamışam. Dekabrın 28-də biz Müdafiə Nazirliyinə getmişdik. Bizə dedilər ki, kompensasiyaların hamısı dekabrın 30-da köçürüləcək. Dekabrın 30-da isə pullar köçürülmədiyi üçün hökumətə müraciət etməyə məcbur olduq. İndiyədək problem həll olunmayıb”.

Onun sözlərinə görə, hökumət 2 700 muzdluya (Ermənistanda onlara könüllü deyirlər - "Report") vəd etdiyi pulu ödəməyib.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...