Ermənistan prezidenti Paşinyanın bu təklifini rədd edib

Ermənistan prezidenti Paşinyanın bu təklifini rədd edib
Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı könüllü istefaya getməyə çağırıb.

Sfera.az bildirir ki, bunu Paşinyan tərəfdarları qarşısında çıxış edərkən deyib.

O deyib ki, prezident Armen Sarkisyana Qasparyanın istefaya getməsi barədə qərarı imzalamağı təklif edib. Lakin Sarkisyan imzalamayıb.

Paşinyan əlavə edib ki, prezidentlə telefonda danışıb və ona Qasparyanın vəzifəsindən azad olunması barədə sərəncamı imzalamalı olduğunu deyib.

"Əgər imzalamırsa, onda bu o deməkdir ki, prezident çevrilişi dəstəkləyir? Seçim çox sadədir".

Paşinyan, Baş Qərargah rəisi vəzifəsinə təyin etdiyi, müharibə zamanı 100%  güvəndiyi, general-polkovnik rütbəsi verdiyi Onik Qasparyanla bağlı səhv etdiyini söyləyib.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Bundan sonra Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərdiyini bəyan edib./Virtualaz.org


OXŞAR XƏBƏRLƏR