Ermənistan polisi də Paşinyana qarşı – 30 polis rəisi birgə bəyanat yaydı + FOTOFAKT
18:05 / 25.02.2021
1539
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı xüsusi bəyanatla
çıxış edərək baş nazir Nikol Paşinyanın istefasını tələb etməsindən sonra düşmən
ölkədə siyasi gərginlik pik nöqtəyə çatıb.
Bunun ardınca Nikol Paşinyan tərəfdarlarını
Yerevandakı Respublika meydanına çağıraraq mitinq təşkil edib. Hazırda
Yerevanda vəziyyət kifayət qədər gərgindir və Paşinyanın əleyhinə olan qüvvələrə
yeniləri qatılır.
Sfera.az xəbər verir ki, Ermənistan Daxili İşlər
Nazirliyinin 30 polis rəisi Paşinyanı və onun hökumətini istefa verməsi üçün
birgə bəyanat imzalayıblar.
Polis rəisləri lazım gələrsə, ordunun tabeliyinə keçəcəklərini
də bildiriblər. Birgə bəyanatın fotosunu və imzalayan polis rəislərinin
adlarını təqdim edirik.