“Ermənistan özbaşına deyil ki...” – İrəvan Türkiyə ilə barışmaq üçün niyə Kremlə minnətçi düşdü?

“Ermənistan özbaşına deyil ki...” – İrəvan Türkiyə ilə barışmaq üçün niyə Kremlə minnətçi düşdü?
Xəbər verdiyimiz kimi, Ermənistan rəsmi Ankara ilə münasibətlərin normallaşdırılmasında vasitəçi olması üçün Rusiyaya müraciət edib.

Rusiya tərəfi isə sözügedən məsələyə öz töhfəsini verməyə hazır olduğunu bəyan edib.

Maraqlıdır, Türkiyə tərəfi Rusiyanın bu istiqamətdəki səylərini necə qiymətləndirəcək? Ümummiyyətlə, yaxın zaman ərzində Rusiyanın vasitəçiliyi ilə ikitərəfli münasibətlərin nizama salınması ehtimalı varmı?

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Asim Mollazadə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının yalnız bir halda mümkün ola biləcəyini deyib:

"Ermənistanın Türkiyə ilə münasibətləri qaydasına salmaq üçün Rusiyaya müraciət etməsi tam normaldır. Ermənistan özbaşına deyil ki, Rusiyadan xəbərsiz hansısa addımı atsın. Ermənistan və Türkiyə münasibətlərinin gələcək inkişafı həm də Ermənistanın Azərbaycana qarşı atacağı addımlaran asılıdır. Ermənilər ərazi iddialarına son qoyarsa, kommunikasiyaları açarsa, delimitasiya və demarkasiya prosesində gərəkli addımları atarsa, Türkiyə də bölgədə münasibətlərin normallaşması üçün qarşılıq verəcək. Ermənistan sadəcə olaraq ərazi iddialarından, revanşist fikirlərdən əl çəkməlidir”.
 
Deputat Rusiya rəsmisinin bu istiqamətdə olan açıqlamasını isə nümayişkarlıq olaraq dəyərləndirib:

"Rusiyanın bu şəkildə açıqlama verməsi nümayişdir. Yəni onlar bildirmək istəyir ki, Ermənistan onların nəzarətindədir və münaqişədə olduğu hansısa dövlətlə münasibətlərini məhz onların icazəsi ilə normallaşdıra bilər”.
 
Əzizə Zeynal
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ərdoğan İlham Əliyevə başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. Sfera.az xəbər verir ki, bu barədə məlumatı "Anadolu” agen...

Mehriban Əliyeva helikopter qəzası ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində hərbi qulluqçula...

Türkiyənin milli müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə və müdafiə naziri general-polkovnik Za...

Azərbaycanda 5-ci kolon yenidən fəallaşır – Arxasında duran ŞƏXSLƏR

Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda dəyişən reallıqlar Azərbaycan üçün yeni uğurlarla yanaşı, əzəli düşmənlərin də fəallaşmasına səbəb olub. &...

Azərbaycanda 67 nazir müavinindən 6-sı qadındır... - Onlar kimlərdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri Fərid Qayıbova yeni müavinlər təyin olunub. Onlardan biri İndira Hacıyeva,...

Gənclər və idman nazirinə 2 yeni müavin təyin edildi - SƏRƏNCAM

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbova iki müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Preziden...