“Ermənistan öz tələsinə düşüb?” - Amerikalı professor

“Ermənistan öz tələsinə düşüb?” - Amerikalı professor

Ermənilərin əfsanəvi ixtiraçılığına baxmayaraq, Ermənistan özünün yaratdığı, intellektual cəhətdən zəngin, iqtisadi cəhətdən kövrək ölkəsini iflas edən və öz inkişafını boğan tələyə saldı.


Əvvəlcə qonşu Azərbaycanın suveren ərazilərinin böyük bir hissəsinin beynəlxalq miqyasda göz yumulan şəkildə özünə birləşdirməsini təmin etmək üçün bir hiylə kimi düşünülmüş tələ, indi əks nəticə verir.


Hadisələrin əsası Azərbaycanın tərkibindəki Dağlıq Qarabağa nəzarət edən Ermənistanla vəhşicəsinə müharibədən sonra qoyuldu. 700 000 azərbaycanlı Qarabağdan məcburi köçkün, 300 000 azərbaycanlı isə Ermənistandan qaçqın düşdü. Bütün bunlar Azərbaycan ərazisinin təxminən 25 faizinin işğal edilməsi və etnik təmizləməylə nəticələndi.



Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Baş Assambleyası, Avropa Şurası və Avropa Parlamentinin qərarları - hamısı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb etdi. Ermənistan isə Dağlıq Qarabağda keçirilmiş, hətta tanınmayan saxta bir müstəqillik referendumundan istifadə etdi.


Böyük Dövlətlər "3-lüy”ünün (ABŞ, Fransa və Rusiya) diplomatlarının səyləri nəticə vermirdi. Ermənistanın mövqeyi beynəlxalq hüquqa riayyət etmək deyil, vaxt qazanmaq və müddətin mümkün qədər uzadılması idi.

 

ABŞ, Rusiya və Fransadan nümayəndələrin də həmsədrlik etdiyi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu sayəsində son 30 ildə çox az irəliləmə göstərən təkrar görüşlər təşkil edildi. Bu müddət ərzində Dağlıq Qarabağ və işğal altındakı 7 digər bölgələr Ermənistanın idarəetməsi altında qaldı.


Dənizlə əlaqəsi kəsilən, neft və təbii sərvətlərdən yoxsul olan Ermənistanın inkişafı on ildən çoxdur ki, əngəllənmişdi. İşğal altında olan bölgələrin təxminən otuz ildən çox maliyyələşdirilməsinin Ermənistan üçün böyük yük olduğu sübut olundu.


Nikol Paşinyana gəlincə. Keçmiş jurnalist və müxalifətçi olan Paşinyan Ermənistandakı endemik korrupsiya və iqtisadi uğursuzluqlara qarşı əhalinin "Məxmər İnqilabı" adlı etirazlarından sonra hakimiyyət başına keçdi.


 


Paşinyan Qərbyönümlü kimi tanınmışdı və siyasi gedişləri ilk zamanlar ağlabatan görünürdü. Azadlıq və haqq şüarları ilə hakimiyyətə gələn bu şəxs bəlkə də Ermənistanı iqtisadi olaraq ucalda biləcək müqaviləni — işğal altında olan torpaqları iş və investisiya qarşılığında geri verməklə müzakirə edə bilərdi. Ancaq bunun əvəzinə Minsk Qrupunun həmsədrlərini işğal edilən torpaqların qanuni müstəqilliyini tanımağa çağırdı. Separatçıların tanınmasına nail olmaq istəyi ona inamsızlığı artırdı və müharibəni sürətləndirdi.

 

 

Bu gün Azərbaycanlılar bölgə-bölgə Qarabağa doğru irəliləyir. Zaman keçdikcə Azərbaycan iqtisadiyyatını bərpa etdi, silahlı qüvvələrini müasirləşdirdi, neft və qaz ehtiyatlarından bəhrələndi.

 

Ermənistan isə əksinə, işğal altıdakı ərazilər üçün qiymətli mənbələrini israf etdi və iqtisadiyyatında yenidənqurma məsələsində çox az irəliləyiş göstərdi.

Davamlı beynəlxalq çağırışlara və Minsk prosesi boyunca Azərbaycan Ermənistanla razılaşdırılmış Madrid prinsiplərinə uyğun olaraq bütün erməni qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması və erməni işğalı altında olan Dağlıq Qarabağın 7 ərazisinin Azərbaycana geri qaytarılması şərtləri altında sülhə razı olduğunu elan etdi.


 


Bununla da Dağlıq Qarabağın gələcəyi ilə bağlı ikitərəfli müzakirələr davam edə bilər və Azərbaycanın daxilində muxtariyyət prinsipi rəsmiləşdirilə bilər. Ötən günlərdə işğal altında olan yeddi ərazidən üçü Azərbaycan tərəfindən azad edildi. Ermənistanın ümid bağladığı 30 illik işğal kökündən dəyişdi və Minsk prosesi yeni həqiqətlərə uyğunlaşmağa hazırlaşır.


Ermənistan isə əksinə, getdikcə çaxnaşmaya girir. Paşinyanın ölkəsinin uzun müddətdir ki, hərbi müqavilə bağladığı Rusiyadan kömək istəməsi bir nəticə verməyib. Ermənistan döyüş meydanındakı qüvvələrini geri çəkərək, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə çoxsaylı mülki şəxslərin həlak olması ilə nəticələnın "Skud” raket hücumları etdi və beynəlxalq qınağa səbəb oldu. Baş nazir Paşinyan Gəncəyə hücumlar nəticəsində, "bütün" ermənilərin silaha sarılmasını israr edərək və Qarabağ danışıqlarını "mənasız" adlandıraraq döyüş yolunu seçdi.


Vaxt bitdi və tələnin ağzı bağlanır, lakin tələnin onu quranları tutacağı daha real görünür.

 

 

Mənbə: Townhall.com, İvan Şihan,

Baltimor Universitetinin Beynəlxalq Münasibətlər və Siyasət məktəbinin professoru


Tərcümə etdi: Zeynəb


OXŞAR XƏBƏRLƏR

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...