“Ermənistan ordusu siyasi proseslərdə iştirak etməyəcək” - Yeni rəis

“Ermənistan ordusu siyasi proseslərdə iştirak etməyəcək” - Yeni rəis
"Ermənistan Silahlı Qüvvələri siyasi proseslərdə iştirak etməyəcək”.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin yeni təyin olunan Baş Qərargah rəisi Artak Davtyan açıqlama verib. 

"Silahlı Qüvvələrin rəhbərliyi tərəfindən məlum açıqlamadan (Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat - red.) sonra vəziyyət həll edildi və mövcud fikir ayrılıqları qanuni müstəviyə keçdi. Ermənistan Silahlı Qüvvələri hökumətə tabe və Konstitusiyaya görə mülki nəzarət altında olmaqla yanaşı, yalnız Ermənistanın təhlükəsizliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin etmək öhdəliklərini rəhbər tutaraq siyasi məsələlərdə bitərəf qalacaq”, - deyə Davtyan qeyd edib.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan bu gün Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinin icrasına başladığını açıqlayıb./Qafqazinfo

OXŞAR XƏBƏRLƏR

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...