No Image
No Image

Ermənistan o xəritəni Azərbaycana verəcəkmi? – Minalanmış ərazilər nə vaxta qədər can alacaq?

Ermənistan o xəritəni Azərbaycana verəcəkmi? – Minalanmış ərazilər nə vaxta qədər can alacaq?

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında Ermənistan tərəfinin hələ də minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməməsi məsələsinə toxunub. 

"Əsas çətinlik minalardır. Çünki erməni tərəfi mina sahələrinin xəritəsini bizə təqdim etmədi və bu, yeri gəlmişkən, cinayət olaraq qiymətləndirilə bilər, çünki hərbi əməliyyatlara son qoyulandan sonra bizdə həm hərbçi, həm də mülki şəxslərdən həlak olanlar olub. Buna səbəb mina sahələrin xəritəsinin təqdim olunmaması olub. Növbəti dəfə erməni tərəfinin davranışlarının qeyri-səmimiliyində əmin oluruq. Sözləri ilə əməlləri düz gəlmir. Biz onlara hərbi əsirləri, ölənlərin meyitlərini təhvil verdik. Biz özümüzü əxlaq normaları, insanlıq davranışları çərçivəsində aparırıq. Mina xəritələrinin bizə verilməməsi hərb qulluqçu və dinc sakinləri şüurlu şəkildə ölümə düçar etməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər ki?”, – deyə dövlət başçısı bildirib.

 

Ölkə başçısının da vurğuladığı kimi, 44 günlük İkinci Qarabağ müharibəsinin yekunlaşmasına baxmayaraq hələ də şəhid xəbərləri almaqda davam edirik. İşğaldan azad olunan ərazilərdə ermənilərin  çoxsaylı mina yerləşdirməsi mülki əhalinin, eləcə də hərbçilərimizin həyatını itirməsi ilə nəticələnir.


Maraqlıdır, belə olan halda Azərbaycan tərəfi Ermənistandan minalanan ərazilərin xəritəsini necə ala bilər?


Məsələ ilə bağlı Sfera.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bu addımın atılmasının Rusiyaya da uyğun olduğunu bildirib:


"Hesab edirəm ki, danışıqlar prosesində bu məsələ qaldırılmalı və ətraflı müzakirə edilməlidir. Xəritənin təqdim edilməsində təkcə Azərbaycanın yox, həm də Rusiyanın marağı var. Məlum olduğu kimi, Rusiyanın sülhməramlıları da eyni zamanda təhlükə altındadır.

 

Ermənistan minaya düşərək həyatını itirən şəxslərə görə də məsuliyyət daşıyır. Bunu biz hüquqi qaydada həll edə bilərik".

 

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli sazişdən sonra aralarında mülki şəxslər də olmaqla, 15 nəfər azərbaycanlı işğaldan azad olunmuş ərazilərdə minaya düşərək həyatını itirib.

 

Sfera.az

Aysel

 

 

 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident: Zəngəzur dəhlizinin taleyi də eyni olacaq...

Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Sfera.az xəbər verir ...

General: “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...”

Rusiyada "Kronştadt” adlı şirkət ölkədə zərbə pilotsuz təyyarələrinin istehsalı üzrə ixtisaslaşmış ilk zavodun tikintisinə başlayıb.   Sfera.az xəbər ve...

Eldar Əzizovun yarım milyonluq layihəsi – Şübhəli tenderin izi ilə

Bakı Şəhər İcra Hakimiyyəti yanında ilə "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC  "TFM-Smart Project” MMC ilə maliyyə dəyəri 550 088 AZN təşkil edən iki mü...

Azərbaycanla sərhəddə ikinci hərbi baza... – Rusiyanın əsl məqsədi nədir?

"Bu çirkin niyyət bir vaxt Azərbaycana qarşı yönələcək təcavüzkar aktın tərkib hissəsidir”. Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyanın Gümrüdəki 102-...

“Beynəlxalq ekspertlər daha çox ermənilərin taleyinə görə narahatdır, halbuki...” - Açıqlama

"Dünən Ermənistanın Baş Naziri Nikol Paşinyan ərazi iddialarını yenidən gündəmə gətirərək "Bütün Dağlıq Qarabağın qaytarılması”ndan danışıb. Maraqlıdır, beynə...

"Zəngəzur dəhlizi açıldıqda beynəlxalq yüklərin həcmində artımın olacağı gözlənilir" - İqtisadçı

Ölkə başçısının da dediyi kimi, bu gün qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə Prezidentini...