“Ermənistan növbəti dəfə dünyada rüsvay oldu” - Ülvi Quliyev

“Ermənistan növbəti dəfə dünyada rüsvay oldu” - Ülvi Quliyev
 

"Ermənistan mahiyyətcə işğalçı, şər, regional və beynəlxalq sabitliyə, təhlükəsizliyə və sülhə risk yaradan dövlətdir. Bunun nəticəsində bu ölkə Cənubi Qafqazda həyata keçirilən bütün qlobal layihələrdən kənarda qalıb və nə qədər ki, Azərbaycan torpaqlarını işğaldan azad etməyib heç bir regional layihəyə qoşula bilməyəcək. Ermənilər bu prosesə kənardan baxa-baxa qalacaqlar və Azərbaycanın təşəbbüslərinə mane olmaq cəhdləri də heç bir nəticə verməyəcək”.

Bunu Unikal.org-a Milli Məclisin deputatı Ülvi Quliyev verdiyi açıqlamasında bildirib.

Deputatın fikrincə, Ermənistan rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus pandemiyası ilə mübarizə üzrə xüsusi sessiyasının keçirilməsinə qarşı çıxmaqla mahiyyətini bir daha göstərmiş oldu: "Onsuz da əsas beynəlxalq təşkilatlar və dünyanın əksər ölkələri Ermənistanı işğalçı dövlət kimi tanıyır. İşğalçılıq isə çox ağır damğadı və Azərbaycan torpaqlarını azad etməyənə qədər Ermənistanın üzərində qalacaq. Məsələ ondadır ki, rəsmi Yeravan mənfi imicini düzəltmək üçün heç bir təşəbbüs göstərmək, addım atmaq iqtidarında da deyil. Əksinə, hər fürsətdə əsl mahiyyətini açıq formada nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına qarşı çıxmaqla Ermənistan şər, irticaçı mahiyyətini, qlobal əməkdaşlığa, həmrəyliyə qarşı olduğunu göstərdi.

Amma nəticəsi nə oldu? Heç nə. İşğalçı ölkə yenə də istəyinə nail ola bilmədi. Bütün dünya koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə dünyada özünü növbəti dəfə rüsvay etdi. Dünyanın 130 ölkəsi Azərbaycan Prezidentinin nəcib təşəbbüsünü dəstəklədi. Bu, bir daha Azərbaycan və Ermənistanın dünyada hansı imicə, nüfuza sahib olduğunu müqayisə etməyə imkan verir”.

Deputatın sözlərinə görə, BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə xüsusi sessiyasının keçirilməsi ilə bağlı bütün proses açıq və şəffaf olub: "Prezident İlham Əliyev Qoşulamama Hərəkatının mayın 4-də keçirilən onlayn zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Ermənistan rəhbərliyi isə buna qarşı çıxdı. Yəni dünya ölkələri ya Azərbaycan Prezidentinin təşəbbüsünə dəstək göstərib xüsusi sessiyanın keçirilməsinə razı olduqlarını bildirməliydilər, ya da Ermənistan rəhbərliyini eşidib toplantının çağırılmamasına dair mövqe ortaya qoymalıydılar. 130 ölkə belə bir vəziyyətdə açıq formada seçimini edib və Prezident İlham Əliyevin təşəbbüsünə dəstək göstərib. Bu, Ermənistan və ona rəhbərlik edənlərə dərs olmalıdır”.

Onun sözlərinə görə, Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsini dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir: "Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır”.


OXŞAR XƏBƏRLƏR

Kontakt Home Bosch brendinin Azərbaycandakı rəsmi distribütoru oldu

  Elektronika və mebel satışı üzrə ölkənin ən aparıcı satış şəbəkələrindən olan Kontakt Home dünyaca məşhur Bosch brendinin Azərbaycandakı rəsmi distribü...

Tovuzun bu kəndi artilleriya atəşinə tutulub - SON DƏQİQƏ

  Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.  ...

Ermənistan sutka ərzində atəşkəsi 74 dəfə pozdu

  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, s...

Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı daha bir AÇIQLAMA

  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, s...

Azərbaycanlı həkim virusun dərmanını tapdı - VİDEO

Azərbaycanlı həkim bütün dünyanı virusdan xilas edib. Sfera.az Redaktor.az-a istinadən xəbər verir ki, məhz onun üstün zəkası sayəsində milyonlarla insan ölümd...

Azərbaycan-Ermənistan sərhəddində son vəziyyət: Ermənistan atəşkəsi yenə pozur - VİDEO

Gördüyünüz kimi ermənilər yenə atəşkəsi pozurlar. Azərbaycan Ordusu bu gün nəzarəti tam şəkildə həyata keçirir və istənilən düşmən təxribatının qarşısını almağa...