Ermənistan müxalifəti prezidentlə təcili görüş tələb edir

Ermənistan müxalifəti prezidentlə təcili görüş tələb edir
Ermənistandakı "Vətənin xilası uğrunda" hərəkat ölkə prezidenti Armen Sarkisyanla fövqəladə görüş tələb edən bəyanatla çıxış edib.
 
Sfera.az xəbər verir ki, bəyanatın mətni müxalifət hərəkatının Facebook səhifəsində yerləşdirilib.

Bəyanatda deyilir: ""Vətənin xilası uğrunda" hərəkat Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi ilə bağlı prezident Armen Sarkisyanın bugünkü qərarından narahatlığını ifadə edir. Yayılan məlumatda ölkə rəhbəri Konstitusiya Məhkəməsində Nikol Paşinyanın müvafiq qərarının mübahisələndirilməsinə dair məsələdən yan keçir. Deyilənlərə əsasən, "Vətənin xilası uğrunda" hərəkatın nümayəndələri Ermənistan prezidenti ilə təcili görüş tələb edirlər".

Daha əvvəl xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Armen Sarkisyan bu gün Konstitusiya Məhkəməsinə müraciət edərək hələ 2018-ci ildə "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qəbul edilmiş qanuna edilmiş dəyişikliyin konstitusiyaya uyğuluğuna nəzər yetirməsini xahiş edib.

Ancaq məsələ bundadır ki, Sarkisyanın Konstitusiya Məhkəməsinə etdiyi müraciət, Qasparyanın vəzifəsindən azad edilməsinə mane olmur, çünki Konstitusiya Məhkəməsi vəsatətə yox, Paşinyanın bu vəsatəti göndərməsinə imkan verən qanunvericilik dəyişikliklərinə baxacaq. (virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

ABŞ-də ekoloji cəhətdən təmiz sement hazırlandı

Amerikanın “Fortera” startapı aşağı karbon qazı emissiya edən sement istehsalı texnologiyasını hazırlayıb. Sfera.az xəbər verir ki, bu haqda mə...

Aprel çağırışı davam edir - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı Mərkəzi Çağırış Komissiy...

Dövlət başçısı: "Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb"

Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin ...

Putinə Rusiya Prezidentinin vəsiqəsi təqdim edildi - FOTO

Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova ilə görüşüb.   Sfera.az xəbər verir ki, MSK sədri bu il martında k...

Kapital Bank 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 aprel 2024-cü il tarixinə 8.8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4.4 milyard...

Növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri AÇIQLANDI

Növbəti illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas infrastruktur layihələri açıqlanıb.   Sfera.az xəbər verir ki, Hacıqabul rayonunda yenid...