Ermənistan müharibəyə hazırlaşır – Deputatdan “İrəvan cəzalandırılsın” bəyanatı

Ermənistan müharibəyə hazırlaşır – Deputatdan “İrəvan cəzalandırılsın” bəyanatı

"Azərbaycan və ona müttəfiq olan ölkələr çalışacaq ki, İrəvan cəzalansın”.


Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında PKK terrorçularının yerləşdirilməsinin davam etməsi, bu yaraqlıların Ordumuza qarşı hücuma keçmək istəyi və Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, İrəvanın böyük müharibəyə hazırlaşmasına münasibət bildirərkən Milli Məclisin deputatı Asim Mollazadə deyib:



 

"Bir sıra mənbələrin məlumatına görə, Ermənistan müharibəyə hazırlaşır. Bunun üçün də İrəvan Yaxın və Orta Şərqdən bir sıra terroçu təşkilatların, habelə erməni terror təşkilatlarının nümayəndələrini Azərbaycanın işğalolunmuş ərazilərinə gətirir. Bütün bunların arxasında isə Ermənistanın hamiləri dayanır. Ermənistanın sahibləri onu silahlandırır.

 

Azərbaycan Prezidenti öz çıxışında bunu xüsusi olaraq vurğulayıb. Düşmənin bu xüsusda məqsədi odur ki, qısa müddətdə işğalı genişləndirsin. Hamı gözəl bilir ki, Ermənistanın tək Azərbaycana deyil, demək olar bütün qonşu ölkələrə ərazi iddiası var və məqsədini də işğalla həyata keçirməyə çalışır. Onları çəkindirən faktor isə Azərbaycanın uğurlu neft strategiyasından doğan qlobal durumdur. Artıq Avropanın enerji təhlükəsizlik sisteminin formlaşması Azərbaycan tərəfindən stimullaşır. Ölkəmizin Avropanı təmin etmək üçün kifayət qədər enerji ehtiyatı var.

 

Ona görə də bəzi ölkələr Ermənistandan və onun vasitəsilə bir sıra terror təşkilatlarından istifadə etməklə bu prosesin qarşısını almağı düşünürlər. Amma unudurlar ki, Ermənistanın və onun arxasında duranlaraAzərbaycan layiqincə cavab vermək gücündədir. Azərbaycan və ona müttəfiq olan bütün ölkələr çalışacaq ki, Ermənistanın bu çirkin cəhdləri də puç olsun və İrəvan cəzalansın”.


"Azərbaycan beynəlxalq təşkilat və dövlətlərdən ibarət dostluq koalisiyası yaratmalıdır”.




Bunu isə Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Bürosunun rəhbəri Arzu Abdullayeva deyib:

 

"Ola bilsin, bu bir təxribatdır. Düşünürəm ki, Azərbaycan rəsmi strukturlarının əlində məsələ ilə bağlı lazımi dərəcədə dəqiq məlumatlar var. Fikirləşirəm ki, süni şəkildə qıcıq yaradılır. Bölgəmizdə ola biləcək toqquşma ilk növbədə Rusiyaya lazımdır. Rusiya müharibə aparmağı bacarır, bundan bəhrələnir, silah, hərbi sursat satır.

 

Onlar çalışır ki, Suriyadakı kimi, müharibəni Cənibi Qafqaza yönəltsinlər. Suriyanın vəziyyətinin necə olduğunu bilirik. İstəmərik ki, vətənimiz də bu günə düşsün. Azərbaycan bu təxribata getməməlidir. Danışıqlar potensialı hələ tükənməyib. Bununla belə, onlarla mübarizədə Azərbaycan özü üçün beynəlxalq təşkilat və dövlətlərdən ibarət dostluq koalisiyası yaratmalıdır. Onun köməyilə də addım-addım ərazilərimizi işğaldan azad etməliyik. Belə bir imkan və mexanizmlər var. Rəsmi diplomatiya və vətəndaş cəmiyyətləri səviyyəsində bu işləri aparmaq lazımdır”.

 

"Azərbaycan antiterror əməliyyatı həyata keçirməlidir”.




Bu sözlər isə ictimai xadim Bəxtiyar Hacıyevə məxsusdur: "Bu məlumatı yerli və xarici mətbuatdan oxuduqda heç təəccüblənmədim. Birincisi, ilk dəfə deyil ki, Ermənistan işğal olunmuş torpaqlarımızda digər ölkələrin silahlı qüvvələrinin yardımından istifadə edir. İşğal olunmuş torpaqlarımızın işğalı zamanı da Ermənistana kənardan dəstək olub, indi sadəcə bu dəstəyi genişləndirirlər.

 

İkincisi, hazırda işğal altında olan torpaqlarımızda olan bütün silahlı şəxslər bizim üçün terrorçudur. Onların Suriyadan, Livandan, İraqdan, yaxud Rusiyadan və Ermənistandan gəlməsi fərq etməməlidir, Azərbaycan beynəlxalq hüquqla bütövlüyü tanınmış ərazilərini terrorçulardan təmizləmək üçün antiterror əməliyyatı həyata keçirməlidir və bu məsələdə bir dəfə, açıq, qətiyyətli mövqe ortaya qoymalıdır”.


Elçin

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...