\"Ermənistan mina xəritələrini vermir, bu çox təhlükəlidir\" - İƏT Baş katibi

\
Azərbaycanı qələbə münasibətilə təbrik edirəm. Prezidenti də 30 işğaldan sonra qaytarılan ərazilərə görə təbrik etdim. Torpaqlar sahibinə qaytarılıb. Bu kabus başa çatıb lakin hekayənin yarısı bitib, digər yarısı da var. Gələcəkdə nə baş verəcək. Bu, bütün Müsəlman dövlətləri üçün İƏT üçün qələbədir. Üzv dövlətimiz öz hüququnu bərpa edib. Livan boyda bir ərazini geri qaytarıb, bu böyük qələbədir, böyük ərazidir. Tarix yazılıb. Bu zəfər münasibətli Azərbaycan prezidentini təbrik etdim.  Azərbaycan hökuməti keçən il ərzində səylər göstərib Başqa ölkədə bu baş versə idi, onlar 30 il gözləməzdi. 

Siz diplomatik yollardan istifadə etmisiniz bu illər ərzində. Azərbaycan bir başqa ölkənin ərazisinin 1 sm-nə də girməyib”. 

Sfera.az-ın xəbərinə görə, bunu İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Xarici İşlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib. 

"Bura gəlmişik ki, quruculuq və əməkdaşlıqla bağlı yol xəritəsi formalaşdıraq, bərpa işlərini necə başlayacağımızı müəyyənləşdirək. Ermənistan mina xəritələrini vermir, bu çox mürəkkəb və təhlükəlidir. Digər məslə məscidlərlə bağlıdır. Bu dini yerlərdi, bu yerlərdə insanlar səcdə edir, bu yerlərə toxunmaq olmaz. Lakin bu yerlər dağıdılıb. Biz düşünürük ki, biz öz dəstəyimizi verək, irsin qorunması üçün hansı addımlar atıla bilər, bunu araşdıraq”, deyə Baş katib vurğulayıb.

Qeyd edib ki, Azərbaycanda bütün dinlərə hörmət bəslənilir: "Azərbaycan dözümlülük, tolerantlıq nümunəsidir, parlaq nümunədir dünya üçün. Düşünürəm gələcək daha çətin olacaq, yenidənqurma, səbir, maliyyə tələb edir. Amma Azərbaycanda, Bakıda hər il yeni layihələr həyata keçirilir, inkişaf edir”. 

Yusif bin Əhməd Əl-Osaymin əlavə edib ki, İƏT Azərbaycanın bütün səylərini dəstəkləyir, Azərbaycanın arxasındadır.

OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...