Ermənistan məğlubiyyətin heyfini dinc sakinlərdən çıxmağa çalışır - FOTOLAR

Ermənistan məğlubiyyətin heyfini dinc sakinlərdən çıxmağa çalışır - FOTOLAR
Ermənistanın 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın mülki əhalisini, o cümlədən Gəncə və Mingəçevir şəhərlərini atəşə tutması düşmənin faşizm xislətini və cinayətkar mahiyətini bir daha ortaya qoyur.

Bunu  Milli Məclsin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, işğalçı Ermənistan bu çirkin əməlləri ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir:

"İlkin məlumata əsasən, Gəncədə raket atəşi dağıntılar altından xəsarət almış 17 nəfər yaralanıb və 5 nəfərin cəsədi çıxarılıb. Bu, Ermənistan tərəfindən törədilən ən ağır müharibə cinayətlərindən biridir.

Ermənistan bu dəfə də öz mənfur ənənəsinə "sadiq” qalır, əldə olunmuş razılaşmanı kobud şəkildə pozur. Bu bir daha göstərir ki, kriminal Ermənistan rəhbərliyi sülh istəmir, münaqişənin danışqlar yolu ilə həll edilməsinə tərəfdar deyil. Bu hadisələr bir daha təsdiq edir ki, terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan region üçün böyük təhdiddir”.

S.Hüseynova vurğulayıb ki, xarici işlər nazirlərinin Moskva görüşü zamanı Ermənistan tərəfi Azərbaycanın şərtlərini qəbul etməyə məcbur oldu: "Görünür Ermənistan tərəfi bu məğlubiyyəti həzm edə bilməyib, daha da azğınlaşıb. Ancaq bir şeyi nəzərə almalıdırlar ki, danışıqalar və atəşkəs üçün Ermənistan tərəfi yalvardı, Azərbaycan deyil. Əlbəttə ki, Azərbaycan düşmənin bu əməllərini cavabsız qoymayacaq, Ermənistanın bu əməlləri onun üçün ağır nəticələr verəcək”.
 
(trend)

OXŞAR XƏBƏRLƏR

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...

BŞİH-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.   Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil...

Prezidentin uğurumuzun səbəbləri ilə bağlı açıqlaması bəzilərinə ciddi siqnaldır

Prezident İlham Əliyevin Rusiyaya səfər edəcəyinə dair məlumat ictimailəşdirildikdən sonra təkcə cəmiyyətimizdə deyil, ölkə xaricində də geniş müzakirələr başla...

Bu səbəbdən insanların ölüm riski ARTIB

İqlim dəyişikliyi səbəbindən qlobal istiləşmə xüsusilə Avropa qitəsinə dağıdıcı təsir göstərir.   Sfera.az xəbər verir ki, 2023-cü il Avropa İqlim H...

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.   Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısı qırğ...