Ermənistan koronavirusla bağlı bu göstəriciyə görə dünyada ikinci yerdədir

Ermənistan koronavirusla bağlı bu göstəriciyə görə dünyada ikinci yerdədir
 Ermənistan hər milyon nəfər üzrə koronavirusdan ölüm sayına görə dünyada ikinci yerdədir.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu ölkə COVID-19-da bağlı başqa bir siyahıda da "liderlər” sırasındadır.

Belə ki, indiyə qədər hər milyon nəfər əhali üzrə ən çox yoluxma halı 5 ölkədə qeydə alınıb.

Həmin ölkələrin siyahını təqdim edirik:

Qətər - hər milyon nəfərə 36 168;

Bəhreyn - hər milyon nəfərə 17 817;

Çili - hər milyon nəfərə 15,744;

Küveyt - hər milyon nəfərə 12 175;

Ermənistan - hər milyon nəfərə 11 872

Bu göstəriciyə, yəni hər milyon nəfər üzrə yoluxma sayına görə Ermənistan Çilidən sonra ikinci yerdədir.

Azərbaycanda hər milyon nəfər üzrə yoluxma sayı 2 200-dən bir qədər çoxdur.

Qeyd edək ki, indiyə qədər ölkəmizdə 22 990 nəfər koronavirusa yoluxub. Onlardan 14 093 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib, 8 605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

OXŞAR XƏBƏRLƏR