“Ermənistan işğalçı qüvvələrini geri çəkməlidir” - Türk Şurası

“Ermənistan işğalçı qüvvələrini geri çəkməlidir” - Türk Şurası
Mülki əhalini bombalamaq beynəlxalq humanitar hüquqa qarşı çıxmaqdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Ermənistanın Gəncə şəhərinə ballistik raket zərbəsi endirməsini və azərbaycanlı mülki əhaliyə hücumlarını qınamaqdadır.
 
Sfera.az xəbər verir ki, bu ifadələr Türk Şurasının rəsmi internet səhifəsində yer alıb. Bildirilir ki, Ermənistan israrlı hücumlarını dayandırmalı, işğalçı qüvvələrini geri çəkməlidir.

 
Paylaşıma Gəncədə törədilən erməni terrorunun acı izlərini əks etdirən fotolar da əlavə olunub.

OXŞAR XƏBƏRLƏR