"Ermənistan iqtidari əsgərlərə ilkin tibbi yardımın göstərilməsinə razı olmadı" - Erməni deputat

Ermənistanda hakim fraksiya hərbçilərə ilkin tibbi yardım və xidmətin göstərilməsi təklifinə qarşı çıxıb.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı erməni deputat Taqui Tovmasyan öz feysbuk səhifəsində bildirib.
 
Deputat Ermənistan iqtidarının hərbçilərin xeyrinə olan qərarın əleyhinə çıxdığını qeyd edib.

"Mövcud qaydalara əsasən, məsələn, 14 günlük xidmətdən sonra döyüş mövqeyindən istefaya çıxan, tibbi müayinədən keçən zabit mülki xəstəxanada MRT müayinəsinə ehtiyacı olduğunu öyrənir. Bəzən əsgər 1 ay bəlkə daha çox növbədə durmalı olur.  O zaman belə çıxır ki, dövlət hərbçiyə heç bir zəmanət vermir. Təşəbbüs əslində hərbçilərin dövlət tərəfindən daha çox müdafiə olunduğunu hiss etmələri, özünü diqqət mərkəzində hiss etmələri üçün motivasiya vermək məqsədi daşıyırdı. Layihə hərbi xidmətin cəlbediciliyini artırmaqdan ibarət idi.

Nə qədər qəribə görünsə də, müharibə vəziyyətində olan bir ölkənin Milli Assambleyasının hakim fraksiyası sözügedən imtiyazın hərbçilərə verilməsi təklifinin əleyhinə səs verib", - deyə T.Tavmosyan qeyd edib.
 
Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...