Ermənistan evləri atəşə tutur: 163 ev və 36 mülki obyektə ziyan dəyib

Ermənistan evləri atəşə tutur: 163 ev və 36 mülki obyektə ziyan dəyib
 

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, 16 nəfər şəxs isə həlak olmuşdur.

Bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 163 yaşayış evinə, həmçinin, 36 mülki obyektə külli miqdarda ziyan vurulmuş, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olmuşdur.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.


OXŞAR XƏBƏRLƏR

Bodrumda yay mövsümü başladı, kirayə qiymətləri sıçradı

Muğlanın məşhur turizm bölgəsi olan Bodrumda yay mövsümünün gəlişi ilə mənzil və villaların kirayə qiymətlərində artım müşahidə olunub. Bodrumda yay turizm mövs...

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ

İyunda Bakıda keçiriləcək “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan və Əlcəzair arasında bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaş...

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak edirlər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasi...

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum İMZALANDI

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb.   Qurumdan Sfera.az-a verilən məlumata görə, sənədi AVF-nin prezidenti...

Blinkenin Çin səfərindən GÖZLƏNTİLƏR: XİN başçısı ilə nələr müzakirə ediləcək?

ABŞ dövlət katibi Antoni Blinken rəsmi səfər çərçivəsində Çinin şərqindəki Şanxaya gəlib.   Sfera.az bildirir ki, o, sabah paytaxt Pekində Çinin xari...

Misir sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmanı alqışladı

Misir Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmanı alqışlayıb. Sfera.az xarici mediaya ...