Ermənistan ETİRAF ETDİ - İtkilərinin YENİ SAYI

Ermənistan ETİRAF ETDİ - İtkilərinin YENİ SAYI
27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozmaqla Azərbaycan ərazilərinə növbəti hərbi təcavüzü və mülki yaşayış məntəqələrini ataşə tutması baş verdi. Bundan sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı.

44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu şanlı qələbəsi ilə işğal altında olan torpaqlarını azad etdi və düşmən ordusunu darmadağına məruz qoydu. Azərbaycan Ordusuna 44 gün kifayət etdi ki, 30 illik qurulan müdafiə və istehkam məhv edilsin, milyardlarla dollar dəyərində hərbi texnika və silah-sursatlar sıradan çıxarılsın.

Bu günlərdə Ermənistan İstintaq Komitəsi 44 günlük müharibədə həlak olanlar haqqında yeni məlumatlar açıqlayıb. Rəsmi rəqəmlərdə düşmən tərəfinin müharibə zamanı 3781 itki verməsi öz təsdiqini tapıb. Həmçinin 253 nəfər barəsində heç bir məlumatın olmaması da qeyd olunub. Bundan əlavə 11 min nəfərin yaralanması da öz əksini tapıb.

Qeyd edək ki, Ermənistan tərəfi 44 günlük Vətən Müharibəsi zamanı itkilərinin sayını gizlətməyə cəhd edir. Həqiqətdə itkilər bir neçə dəfə çox olsa da, ermənilər bu məsələdə də yalana əl atmaqla öz nüfuzunu qorumağa çalışır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bürcləri gələn il nələr gözləyir? – 2022-ci ilin ASTROLOJİ PROQNOZU

Tarot kartları 2022-ci ilin sizə nə gətirəcəyini öyrənmək üçün yaxşı bir vasitədir. Sfera.az xəbər verir ki, ezoterik Allaya Rusalina bürclər üçün 2022-ci...

"Rus əsgərləri ərləri ölmüş erməni qadınlarla..." - Jurnalistdən inanılmaz açıqlama

Rusiyalı jurnalist Valeriya Olyunina rus sülhməramlılarına Qarabağda yaşayan və müharibədə əri ölmüş erməni qadınlarla ailə qurmağı təklif edib. Sfera.az ...

Bakıda akademiyanın 2-ci kurs tələbəsi niyə intihar etdi? – SƏBƏB

Milli Aviasiya Akademiyasının II kurs tələbəsi Əli Əbilovun 3 gün əvvəl intihar etməsi ilə bağlı xəbər vermişdik. Sfera.az xəbər verir ki, 20 yaşlı Əlinin...

Zirehli maşından pullar yola səpələndi - VİDEO

ABŞ-ın Cənubi Kaliforniya ştatında magistral yolda hərəkətdə olarkən zirehli maşından bir çanta pul yola tökülüb. Sfera.az xəbər verir ki, sürücülər avtom...

Bu bürclər gələn il inanılmaz uğurlar əldə edəcək - 2022-ci ildə bizi nə gözləyir?

Rusiyalı astroloq Vera Xubelaşvili 2022-ci ilin astroloji proqnozunu tərtib edib. Astroloqun sözlərinə görə, 2022-ci il əhəmiyyətli dəyişikliklər vəd edir. Xüsu...

Kürəkəninə aşiq olan qayınana - Bu səbəbdən də qızının toyunda iştirak etməkdən imtina etdi

Dünyanın ən məşhur sosial media platformalarından olan və toylarla bağlı tədbirlərin paylaşıldığı WeddingBee-də diqqətçəkən etiraflar edilib. Sfera.az mil...