Ermənistan əsirləri “hamının hamıya” prinsipi ilə dəyişməyə razılaşdı
17:31 / 02.12.2020
2245
Ermənistan baş nazirinin birinci müavini Tiqran Avinyan Rusiyanın ölkədəki səfiri Sergey Koprikinlə görüşüb.
Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, rəsmi İrəvanın Qarabağda əsir və girov düşən şəxslərin "hamını hamıya” prinsipi ilə dəyişməyə razılaşdığını əlavə edib.
Bundan başqa, Avinyan gələcəkdə əsirlərin heç bir şərt irəli sürülmədən qarşılıqlı qaytarılması üçün Bakı ilə İrəvan arasında mexanizm yaradılacağına ümid ifadə edib.