“Ermənistan dövlət olaraq Rusiyanın layihəsi, İran isə onun nəfəs borusudur...” – Qulu Novruzov

“Ermənistan dövlət olaraq Rusiyanın layihəsi, İran isə onun nəfəs borusudur...” – Qulu Novruzov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, hüquqşünas Qulu Novruzov şəxsi Facebook hesabında Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşüb, Rusiya və İranın Qarabağ məsələsinə və ümumilikddə Azərbaycanla Ermənistanasərgilədiyi münasibəti təhlil edib.


Sfera.az sözügedən yazını oxucularına təqdim edir:


"Ermənistan dövlət olaraq Rusiyanın layihəsi, İran isə onun nəfəs borusudur...


30 ildir Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında qalmasını, milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün olmasını rahat müşahidə edən bəzi beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən Rusiya və İran indi çox narahat olublar!

 

Hətta İranın ürəyi dözməyib, son iki gündə ikinci dəfə tərəfləri dərhal (?) hərbi əməliyyatları dayandırmağa çağırıb...

 

On illərdir, BMT qətnamələrinin və beynəlxalq hüquq normalarının tələblərinə rəğmən, Ermənistana işğal altında saxladığı Azərbaycan torpaqlarından çəkilməsi çağırışı etməyən dövlətlərin atəşkəs çasğırışı səmimiyyətdən uzaq diplomatik davranış, İran üçün isə həm də din, İslam və bəşəri dəyərlər adına utanverici riyakarlıqdır!”

 

 


OXŞAR XƏBƏRLƏR