Ermənistan bu tanklarla döyüşməyə məcbur olub - FOTO

Ermənistan bu tanklarla döyüşməyə məcbur olub - FOTO
İkinci Qarabağ müharibəsində Ermənistan ordusunun böyük sayda zirehli texnika itirməsi onu köhnəlmiş T-55 tanklarını da döyüşə atmağa məcbur edib.
 
Sfera.az  xəbər verir ki, bu haqda Rusiya KİV-ləri yazır.

Sentyabrın 27-də başlayan və 44 gün davam edən hərbi əməliyyatların gedişində Azərbaycan ordusu düşmənin yüzlərlə zirehli texnikasını, o cümlədən tanklarını məhv edib. 65-ə yaxın T-72 tankını və yüzlərlə digər texnikasını hərbi qənimət olaraq götürüb. Qənimət götürülmüş düşmən texnikası nümayiş etdirilmək üçün eşalonlarla Bakıya daşınır.

"Vestnik Mordoviya” nəşri yazır ki, hərbi əməliyyatların gedişində Ermənistan ordusu silahlanmasında yer alan T-72 tanklarının demək olar hamısını itirib. Nəticədə istehsalı 1958-ci ildə başlamış köhnə T-55 tanklarını da döyüşə atmalı olub. Onlarla belə tank müharibə başlayana qədər Ermənistan ordusunun silahlanmasında yer alırdı. Və həmin tanklar bir neçə dəfə hərbi təlimlərdə gözə çarpmışdı. Ermənistan Müdafiə Nazirliyinin saytında bu ölkənin 5-ci ordu korpusunun 2020-ci il mayın 22-də keçirilmiş polk təlimlərinə dair fotolar yerləşdirilib və orada T-55 tanklarını görmək olur.

"Qarabağda fəal döyüş əməliyyatları zamanı nəhəng itkilər səbəbindən aydın oldu ki, gec-tez erməni tərəfi hətta T-55 tanklarını da döyüşə atmalı olacaq. Və belə görünür ki, bu oktyabrın 20-də baş verib. Ən azından Azərbaycan Müdafiə Nazirliyinin düşməndən qənimət olaraq götürülmüş hərbi texnika barədə oktyabrın 28-də yaydığı videoreportajda çoxsaylı T-72 tankları ilə yanaşı erməni ordusunun kamuflyajında rənglənmiş bir T-55 tankı da görünür. Üstəlik bu tankın zahirən hansısa zədəsi yoxdur”,-sayt yazır.
(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...