No Image
No Image

Ermənistan bu məsələnin həllini 2037-ci ilə kimi uzatmaq istəyir, amma... - Rusiya Paşinyanın təklifini qəbul edəcəkmi?

Ermənistan bu məsələnin həllini 2037-ci ilə kimi uzatmaq istəyir, amma... - Rusiya Paşinyanın təklifini qəbul edəcəkmi?
"Ermənistanda "Metsamor” Atom Elektrik Stansiyası mövcuddur. Rusların nəzarətindədir. Burada xatırlamaq lazımdır ki, hələ 1999-cu ilin sentyabrında, Ermənistan və Aİ arasında 2004-cü ildə "Metsamor” AES-in bağlanmasına dair bir müqavilə imzalanmışdı. Ermənistan, onsuz da 25 yanvar 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra, 2004-cü ildə nüvə stansiyasını bağlayacağı barədə bir öhdəlik götürdü. Ancaq bu öhdəliyi yerinə yetirmədi".

Sfera.az xəbər verir ki, bunu politoloq Azər Rəşidoğlu bildirib. 

O xatırladıb ki, hələ 2014-cü ildə Avropa Komisiyyası Ermənistanı nüvə stansiyasını ən qısa müddətdə bağlamağa çağırıb:

"2015-ci ildə Ermənistanın Enerji və Təbii Sərvətlər naziri Armen Movsisyan "Metsamor”un istifadə müddətinin 2026-cı ilə qədər uzadılacağını bildirdi". 

Politoloqun sözlərinə görə, indi isə Ermənistan hakimiyyəti yeni bir tarixdən danışır - 2037-ci ilə qədər "Metsamor”u yaşatmaq istəyir:

"RF prezidenti Vladimir Putinlə görüş zamanı Paşinyan rusları Ermənistanda yeni AES tikməyə çağırdı. Göründüyü kimi,  Paşinyan "Türkiyə yolu” gedir.  Rusiya Türkiyədə Akkuyu  Atom Elektrik Stansiyası tikir. Ermənistanda tikiləcək (əgər tikiləcəksə) yeni AES üçün böyük pullar lazımdır. Tikintiyə çəkilən  xərcləri Rusiya ödəyəcəksə, o, bu pulu çıxartmaq istəyəcək. Lakin  Qərb  Ermənsitanda yeni AES tikintisinə seyrçi qala bilməz. Qərb  "Metsamor”un istifadə müddətinin uzadılması məsələsi ilə çətinliklə razılaşdı, yeni AES-ə "Sem dayı”nın razı olacağını düşünmürəm. 

Bəs, bu söhbətin qaynağı nədir? Ermənistan  gələcəkdə Qərbə doğru reverans eləsə, 2026-cı ildən sonra elektrik enerjisini İrəvan haradan alacaq?
 
Rusların ermənilərə elektrik enerjisi vermək fikri yoxdur, ermənilərin də başqa yerdən almağa pulları yoxdur. Ermənilər ona ümid edir ki, əgər Avropa dotasiya verərsə, və ya İrəvan Türkiyə ilə sərhədi açarsa, ondan da elektrik enerjisi ala bilər. Bu zaman Ermənistan Azərbaycanla da barışmaq zorunda qalacaq. Lakin "Metsamor” məsələsində Ermənistan hakim elitasında ciddi narahatlıq var. Ölkənin enerji ehtiyaclarının 40% dən çoxunu qarşılayan AES bağlanarsa, İrəvan asanlıqla onu əvəz edən mənbə tapa bilməyəcək".  

A.Rəşidoğlu qeyd edib ki, istənilən halda "Metsamor”un taleyi həll edilib:

"Təsadüfi deyil ki, Ermənistan və Aİ arasında  "Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında” müqavilədə irəli sürülən şərtə əsasən Ermənistan AES-in mövcud enerji blokunun istismardan çıxarılması üçün "yol xəritəsi" hazırlamalıdır. Maraqlıdır ki, bu məsələdə geosiyasi və  iqtisadi maraqlarla yanaşı, regionun qlobal təhlükəsizliyi məsələsi də əsas rollardan birini oynayır.

"Metsamor”dan, onun hazırkı vəziyyətindən hamı narazıdır: Avropa, ABŞ,  Azərbaycan, Türkiyə, və hətta İran da.

"Metsamor” AES-i tikiləndə, onun istismar müddəti 40 il nəzərdə tutulmuşdu. Bu,  nüvə reaktorunun optimal ömründən 10 il çoxdur. Ancaq Ermənistan  hakimiyyəti nüvə reaktorunu modernləşdirərək, istismar müddətini uzatmaqda israr etməyə davam edirdi".

Politoloq eyni zamanda, Ermənistanda AES tullantılarının saxlanması və atılması üçün heç bir mexanizm olmadığını vurğulayıb:

"Bəzi məlumatlara görə, qatı  tullantılar Azərbaycanın işğal olunmuş ərazilərində də saxlanılırdı. 2015-ci ildə İran parlamentinin ətraf mühitin qorunması komitəsinin sözçüsü Kəmaləddin Pirmuzzin Araz çayına atılan "Metsamor” AES-dən  çıxan zəhərli tullantıların hər il minlərlə iranlıda xərçəng xəstəliyinə tutulmasına səbəb olduğunu söyləmişdi.

Təhlükəli tullantılarla bağlı  problemlə yanaşı, atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsi məsələsi də aktualdır. 1992-1997-ci  illərdə Qlobal Seysmik Təhlükənin Qiymətləndirilməsi proqramı çərçivəsində Cənubi Qafqaz bölgəsini və qonşu ölkələri əhatə edən böyük bir ərazinin seysmik təhlükəsi araşdırıldı.  Aktiv tektonik qırılmaların xəritəsini tərtib etdikdən sonra mütəxəssislər bildirdilər ki, böyük və aktiv tektonik qırılmalar zonası İrəvan şəhəri və "Metsamor” atom elektrik  stansiyası yaxınlığında Ermənistan ərazisindən keçir. Nüvə elektrik stansiyasının belə bir ərazidə yerləşdirilməsi özlüyündə ciddi bir problemdir. Nüvə stansiyasındakı hər hansı bir fövqəladə vəziyyətin planetar miqyasında bir fəlakətə səbəb ola biləcəyini də qeyd etmək lazımdır".

A.Rəşidoğlu Paşinyanın Putinə təklifinin əslində mahiyyətcə yeni olmadığını da xatırladıb:

"Hələ 2010-cu ildə, Serj Sarkisyanın prezidentliyi dövründə Ermənistanda, ölkənin Prezidenti yanında Atom Enerjisi Təhlükəsizliyi Şurasının iclasında yeni bir atom elektrik stansiyasının inşası ilə bağlı son qərar verilmişdi. Hazırda Metsamor qəsəbəsində (İrəvandan 25 km aralıda) fəaliyyət göstərən 407,5 MVt gücündə stansiya əvəzinə Ermənistan təxminən 1000 MVt gücündə yeni bir atom elektrik stansiyası inşa etməyi planlaşdırırdı. Bu layihənin icrası üçün 4,5 ilə 5 milyard ABŞ dolları arasında xərcləmə planlaşdırılırdı.

Ermənistan hökuməti hətta bunun üçün texnologiyaların seçilməsinə qərar vermiş və Avropa təhlükəsizlik sertifikatı alan Rusiyanın "AES-92” layihəsini təsdiqləmişdi. O zaman səlahiyyətli orqanlar investor qıtlığı olmayacağına əmin idilər. Amma, o zaman nə qlobal iqtisadi krizis, nə pandemiya vardı, nə də bölgədə qüvvələr balansını dəyişən 44 günlük müharibə..."

Aysel
Sfera.az



Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ermənistan bu məsələnin həllini 2037-ci ilə kimi uzatmaq istəyir, amma... - Rusiya Paşinyanın təklifini qəbul edəcəkmi?

"Ermənistanda "Metsamor” Atom Elektrik Stansiyası mövcuddur. Rusların nəzarətindədir. Burada xatırlamaq lazımdır ki, hələ 1999-cu ilin sentyabrında, Ermənist...

Bakı Yerevanın qarşısına 3 şərt qoyacaq - Qəbul edilmədiyi təqdirdə...

"İyunun 20-də Ermənistanda növbədənkənar seçkilərdən sonra bu ölkədə yeni bir siyasi mərhələ başlayacaq. Baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalması mümkünd...

Erməni mediası: Bakının rəsmi nümayəndəsi Xankəndində oturacaq

Dağlı Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyevin "Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək. Hazırda şəhərd...

Prezident onu sədr təyin etdi - SƏRƏNCAM

Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Sfera.az xəbər verir ki, Prezident İlham Ə...

Aydın Heydərov koronavirusdan vəfat etdi

Tanınmış YAP-çı, 1992-ci ilin aprelində keçirilmiş məşhur "Yaş senzi” ilə bağlı mitinqin təşkilatçılarından biri, YAP Nəsimi rayon təşkilatının yaradıcılarınd...

Şuşaya İsgəndər-M raketini kim atıb? – Tonoyanın şok cavabı

Mən dövlət sirrini açmaq fikrində deyiləm. Sfera.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan erməni tərəfinin İkinci Qarabağ ...