“Ermənistan bu addımına görə Fransadan narazıdır” - Deputat
13:54 / 19.10.2021
930
"İşğaldan
azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı Fransanın ölkəmizə təkliflər
verməsi Ermənistanı qıcıqlandırıb”.
Bunu
Sfera.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib. Millət vəkili Fransanın Azərbaycana
qarşı yumşaq siyasətə keçidini regiondakı dəyişikliklərlə əlaqələndirib:
"Dövlətlər
arasında xarici siyasət ümumi və qarşılıqlı maraqlar əsasında formalaşır.
Fransa ilə Azərbaycan arasındakı münasibətlərə Qarabağ probleminin həll olunmaması
mənfi təsir edib. Fransa bizmesmenləri çalışırdılar ki, öz iqtisadi layihələrini
işğal altındakı ərazilər vasitəsilə həyata keçirsinlər və bu məsələdə də ermənilərdən
istifadə edirdilər. Bundan başqa, Fransa siyasi məsələlərin həllində də erməni
lobbisindən istifadə edib. Müharibədən sonra isə geosiyasi vəziyyət dəyişib.
Dövlət başçısının yürütdüyü siyasət də buna təsirini göstərib. ATƏT-in Minsk
qrupunun həmsədri kimi Fransa əvvəllər deklarativ bəyanatlar verməklə yadda
qalırdı. Lakin artıq regionda olan dönüşdən sonra Fransa xarici siyasətində müəyyən
dəyişikliklər etməyə başladı. İşğaldan azad olan ərazilərə Fransa nümayəndələrinin
səfəri kimin haqlı kimin haqsız olduğunu da əyani şəkildə sübut etdi. Buna görə
də düşünürəm ki, artıq həm də ümumi maraqlar ortaya çıxıb”.
Deputat
Fransa-Ermənistan münasibətlərindəki dəyişiklikdən də söz açıb:
Əzizə
Zeynal