No Image
No Image

Ermənistan Azərbaycanla Türkiyəyə qarşı nüvə hazırlıqlarına başlayır? – Tevos Arşakyandan iddia

Ermənistan Azərbaycanla Türkiyəyə qarşı nüvə hazırlıqlarına başlayır? – Tevos Arşakyandan iddia

Erməni siyasi analitik Tevos Arşakyan Ermənistanın nüvə silahına sahiblənməsi və bundan sonra itirilmiş torpaqlar uğrunda yeni müharibəyə başlanmasına çağırış edib.


Sfera.az sözügedən məqaləni təqdim edir:


Yaxın gələcəkdə zəif gücə malik nüvə bombasına ehtiyacımız ola bilər.


Ermənistan parlamenti cəmiyyətimizdə çoxdan hörmətlə qarşılanmır. 1999-cu ilin 27 oktyabrından sonra sözügedən məclis xalqını və ölkəsini düşünməyən, yalnız öz cibininqeydinə qalanhər cür avara və yaltaq üçün yem qabınaçevrildi. Bu üzdən bu gün heç olmasa, bir "xalq seçicisi”nin erməni dövlətlərinin qurtuluşu və əlimizdən alınan ərazilərin qaytarılması barədə düşünərək ağlabatan mülahizələr yürütməsi çox təəccüblü göründü.


Söhbət ərazi idarəetməsi və infrastrukturu nazirinin müavini Akop Vardanyana "Ermənistan AES-ın istismarından sonra qalan radioaktiv tullantılardan hərbi məqsədlərlə, deyək ki, ölkənin müdafiəsini möhkəmləndirmək və özünümüdafiə sisteminin qabiliyyətini artırmaq üçün istifadə oluna bilərmi?”sualı ilə müraciət edən Regional Məsələlər və Avrasiya İnteqrasiyası Komissiyasının rəhbəri, "Çiçəklənən Ermənistan” Partiyasından olan millət vəkili Mikael Melkumyandan gedir.

 

Əlbəttə, bu sadəcə onsuz da çoxdan soydaşlarımızı və hərbçilərimizi düşündürən məsələləri dilə gətirmək üçün edilən kövrək cəhdlərdir. Amma Azərbaycanın Ermənistana və Qarabağa təcavüzündən sonra, Azərbaycanla Türkiyənin nizami ordularına, eləcə də Suriya, Pakistan və İsraildən gətirilən muzdlu qoşunlarına sinə gərmək məcburiyyətində qaldığımız zaman, bir çoxumuz anladıq ki, təkbaşına və əlimizdə olan adi silahlarla erməni dövləti bu basqının qarşısında duruş gətirə bilməyəcək. Odur ki, ayaqda qalmağımız üçün yollar axtarmalıyıq və bu yollardan biri, arsenalımızda olan Ermənistan AES-ın tullantılarından istifadədir. Həmin tullantıların köməyilə zəif və orta güclü nüvə silahları yarada bilərdik. Necə deyərlər, yıxılanın xilası öz əlindədir.


Payız müharibəsi və Azərbaycanla Türkiyə tərəfindən Ermənistan ərazilərinin bir hissəsinin alınması, ümumilikdə dünyanın buna laqeyd qaldığını göstərdi. Ən yaxın müttəfiqlərimiz olan Rusiya və Fransa da bizə kömək etmədilər. Amma bu o demək deyil ki, həmin ölkələrdəki bütün siyasi və hərbi qüvvələr azərilərlə türklərin tərəfində idi. Sadəcə sözügedən ölkələrin hakimiyyəti belə qərar verib. Amma indi onlar da anlayır ki, Ərdoğana havadarlıq etmələri onların bölgədəki maraqlarını zərbə altında qoyur. Məhz bu məqamda Melkumyanın fikirləri reallaşdırıla bilər.


 

Əlbəttə, ölkəmizdə nüvə texnologiyası sahəsində kifayət qədər fizik və mütəxəssis var. Pulumuz da var (zənnimcə, Spyürk (diaspor) bu məsələdə xəsislik etməz). Amma etiraf etməliyik ki, Bakı ilə Ankaranın qarşısını almaq üçün ehtiyacımız olan təsirli nüvə silahı yaratmaq üçün təkcə öz gücümüz və imkanlarımız yetərli olmayacaq. Çox guman ki, Moskva və Parisdəki müvafik sahələrdə çalışan mütəxəssislər ermənilər qarşısında günahlarını yumaq üçün bu işdə bizə yardımçı olacaq. Xoşbəxtlikdən, ruslarla fransızlar nüvə enerjisi və silahı sahəsində böyük təcrübəyə malikdir. Sadəcə Spyürklaİrəvan bu istiqamətdə fəal işləməlidir.


Eyni zamanda, Ermənistanda və Artsaxda heç kim ərazilərin itirilməsi ilə razılaşmadı. Bununla yalnız Paşinyan və onun hakimiyyətdəki adamları qəbul edə bilər, bütün erməni xalqı isə bununla barışa bilməz. Bu o deməkdir ki, yaxın gələcəkdə zəif gücə malik nüvə bombasına ehtiyacımız ola bilər. İşğal olunmuş ərazilər bizə qaytarılmasa, bu bombaların köməyi ilə azəriləri və onların muzdlularını rahatca havaya sovurarıq və hər kəsi erməni dövlətlərinə hücum etmək fikrindən əbədi olaraq daşındırmış olarıq. Odur ki, saçlarınızı yolub ah-vay etməyi dayandırın, biz müharibəni deyil, döyüşü uduzduq, Əgər Melkumyanın fikirlərini gerçəkləşdirməyə başlasaq və nüvə silahı əldə etsək, işğalçılarla söhbətimiz qısa olacaq.


Mənbə: ArmenianReport

Tərcümə: Selcan

Sfera.az

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ərdoğan bu gün Azərbaycanla bağlı vacib müzakirə aparacaq

Türkiyə Milli Təhlükəsizlik Şurasının ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün keçiriləcək iclasında Türkiyə ordusunun Azərbaycandakı fəaliy...

Könül Nurullayeva: "Erməni yalanları ifşa olunacaq"

"İşğaldan azad olunmuş ərazilərdə işlər kompleks şəkildə həyata keçirilir. Dirçəliş konsepsiyasının icrası azad olunmuş bölgələrimizin qısa vaxtda inkişaf etmiş...

Metyu Brayza: Onlara görə artıq hər şeyə qərar verilib

Konqresmen Adam Şiff Kaliforniya ştatında ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgəni təmsil edir. O, həmişə erməni tərəfini dəstəkləyir. Lakin ...

Anar Kərimov Fransanın dövlət katibi ilə görüşdü

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuan ilə görüş...

Üç ölkənin baş nazirlərinin müavinlərinin görüş tarixi AÇIQLANDI

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini ...

Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi məlum oldu

Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi məlum olub. Sfera.az-ın məlumatına görə, fevralın 1-də keçiriləcək iclasın gündəliyə 19 məsələ dax...