"Ermənistan Azərbaycana təkcə döyüş meydanında uduzmayıb" - Armen Sarkisyan

"Ermənistan təkcə döyüş meydanında deyil, demoqrafik, informasiya və diplomatik müharibədə də Azərbaycana uduzub".

Sfera.az xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan yerli "Arovat” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bu illər ərzində Azərbaycana müqavimət göstərə biləcək ordu qura bilməyiblər, hərbi texnika və hazırlıq olmayıb: "1994-cü ildə biz qalib dövlət idik, dünyada, o cümlədən Avropada və NATO-da düşünürdülər ki, regionda ən güclü ordu bizimdir. Həmin vaxt Qarabağda erməni əhalisinin sayı 100 mindən bir qədər çox idi, 26 ildən sonra yenə 100 min və ya 130 mindi. Biz bu demokrafik müharibəni uduzduq. 26 ildən sonra Qarabağda 500-600 min erməni yaşaya bilərdi. Hansı şəkildə bunu edə bilərdik? - müzakirə etmək istəmirəm, amma düşünürəm ki, mümkün idi”.

Sarkisyan deyib ki, diplomatik nümayəndəliklər 3-4 dəfə daha artıq maliyə almalı idi: "Azərbaycan isə öz diplomatiyasını gücləndirmək üçün hər şey etdi”.

Prezident erməni mediasını da tənqid edib, bu sahədə də Azərbaycandan geri qaldıqlarını deyib və medianın "Feysbuk”dan "kopipast”dan başqa bir iş görmədiyini bildirib.

Bundan başqa, o, razılaşmır ki, Ermənistanda informasiya texnologiyaları sahəsi inkişaf edib. "Bizdə buna can atan çoxlu sayda istedadlı gənclər var, lakin bizdə həmin sistem yoxdur. Belarus kimi bir ölkədə, bu gün bir neçə dəfə, on dəfə daha çox proqramçılar fəaliyyət göstərir. Xaricdən, ABŞ-dan və Kanadadan böyük miqdarda pul yatırılan proqramlaşdırma sahəsi mövcuddur. 30 000 tələbənin təhsil aldığı İnformasiya Universiteti var. Dövlət bu sahəyə pul qoymayıb, lakin müvafiq siyasət aparıb. Və bu, Belarusa aiddir, Çinə, Fransaya və ya ABŞ-a yox. Biz burada da geri qalmışıq", - deyə prezident vurğulayıb.

Sarkisyanın sözlərinə görə, Ermənistanda elm də" axsayır": "Elmlər Akademiyası bir neçə dəfə ixtisar edilib, daha pis maliyyələşdirilir. Çox yaxşı alimlərimiz var, insanlar var, amma sistem yoxdur". /Virtualaz.org

OXŞAR XƏBƏRLƏR

“Azərbaycanda xristian mədəni soyqırımı haqda qorxu əsassızdır” - Şneor Seqal

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqalın İsveçrənin ən aparıcı informasiya resursu olan "Tribune de Geneve” portalında "Azərbaycanda xristian mə...

"Fransa həmsədrlikdən getməli olacaq" - Monteskyu

"Fransada Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətsiz mövqe dini ayrı-seçkilik zəminində baş verir". Sfera.az xəbər verir ki, bunu Fransanın fəxri s...

Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sfera.az xəbər verir ki, sərəncamda deyilir: ...

XİN-dən fransız parlamentarilərlə bağlı xəbərə REAKSİYA

"Azərbaycan Respublikasının onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlər ilə bağlı rəsmi mövqeyi bəllidir və bu mövqe dəyi...

“Üç ilə Laçın şəhəri də bizə qaytarılacaq”

"Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq”. Sfera.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa m...

Rusiya Müdafiə Nazirliyindən mina əməliyyatı ilə bağlı açıqlama

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məs...