Ermənistan - Azərbaycan savaşı \"Facebook\"da tufan qopardı

Ermənistan - Azərbaycan savaşı \
60 milyon azərbaycanlını təmsil edən diaspora tələb edir ki...

”The New York Globe” nəşri "AZERBAIJAN URGES FAIR PLAY BY FACEBOOK” (Azərbaycan Facebookda ədalətli olmağa çağırır) adlı məqalədə deyilir ki, 60 milyon azərbaycanlını təmsil edən Azərbaycan diasporu virtual dünyada gedən və sosial şəbəkələrdə öz əksini tapan savaşa qoşulub. Real savaş isə Ermənistanla Azərbaycan arasında gedir.

Böyük Britaniyanın "The Daily Telegraph” elektron nəşri İnstaqramda yayımlanan xəbərlərə istinadən bildirib ki, ABŞ-da həm də sosial media ulduzu kimi məşhur olan Kim Kardaşyan öz tərəfdarları üzərində olan təsirindən sui-istifadə edərək Ermənistanın Azərbaycana qarşı apardığı müharibəyə haqq qazandırır. Azərbaycan diasporu Kim Kardaşyanı Ermənistanın müharibə səylərini dəstəkləməkdə günahlandırır. Silah almaq üçün Ermənistana vəsait ötürməkdə ittiham edir. (Söhbət 1 milyon dollarlıq ianədən gedir. E.H.) Kim Kardaşyanın sosial mediada millətçi ehtirasları alovlandırması vəziyyəti daha da gərginləşdirib. Bu isə bölgədə sülhün bərqərar olması üçün göstərilən beynəlxalq səylərin ruhuna ziddir.


”The New York Globe” vurğulayır ki, Ermənistanla Azərbaycan arasında gedən şiddətli döyüşlər nəticəsində hər iki tərəf yüzlərlə itki verib, ölənlər arasında mülki şəxslər də az deyil.

Nəşr qeyd edir ki, 4 milyondan çox azərbaycanlı Facebook istifadəçisi tərəfindən imzalanmış bir müraciət Mark Zuckerbergə ünvanlanıb. Müraciətdə deyilir ki, Facebook baş verən olaylara ədalətli yanaşmalıdır. Facebook bəyan olunmuş bəlli standartlarına hörmət etməlidir. Bu sosial şəbəkə etnik erməni əməkdaşlarına öz mövqelərindən sui-istifadə etməyə imkan verməməlidir. Şosial şəbəkənin erməni əməkdaşları Facebookun azərbaycanlı istifadəçilərinin sülh çağırışlarına söykənən statuslarının yayılmasına imkan vermirlər. Bu isə Facebookun dəyərlərinə ziddir. Petisiya formalı müraciətdə belə deyilir

Göründüyü kimi, virtual aləmdə də ermənilərlə azərbaycanlılar arasında savaş qızışıb . O da etiraf olunmalıdır ki, 4 milyon azərbaycanlının eyni sənədə İnternet üzərindən imza atması da ciddi faktdır. Bu, ondan xəbər verir ki, Azərbaycan xalqı birlik və bütövlük içində işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə atılıb. Bu müharibə hər yerdə, o cümlədən sosial şəbəkələrdə də davam edir.

Elbəyi Həsənli, Sürix

OXŞAR XƏBƏRLƏR

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...