Ermənilərin Su-25 biabırçılığı: Video saxta çıxdı
23:25 / 02.11.2020
3794
Dağlıq Qarabağ səmaları üzərində vurulan Azərbaycan Hava Qüvvələrinə məxsus hücum təyyarələri haqqında məlumatlar saxta çıxıb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın "avia.pro" nəşri bildirib.
Nəşr erməni KİV-lərinin yayımladığı videonun çoxdan hazırlandığını yazıb:
"Ermənistan media resursları guya Azərbaycanın Su-25 hücum təyyarəsinin Qarabağ səmaları üzərində vurulması haqqında saxta məlumatlar yayıb. Ermənistan Müdafiə Nazirliyinin saxta açıqlamalarına baxmayaraq, heç bir tutarlı sübut yoxdur və erməni KİV-lərinin yayımladığı video çoxdan hazırlanıb".