Ermənilərin qorxulu kabusu – HAROP - VİDEO

Ermənilərin qorxulu kabusu – HAROP - VİDEO
Davam edən II Qarabağ savaşında qazanılan uğurlarda həlledici rola malik olan əsas silahlardan biri pilotsuz uçan aparat - HAROP silahıdır. Məhz bu silah vəsitəsilə düşmənin hava hücumundan müdafiə sistemləri sıradan çıxarılır, strateji texnikaları məhv edilir.

Sfera.az  bu silahın taktiki-texniki xüsusiyyətləri barədə məlumatları təqdim edir.

Silah-aparatın uzunluğu 2,5 metr, qanad ölçüsü 3 metrdir. Döyüş başlığı 23 kiloqram, ümumi çəkisi isə 135 kiloqramdır. Havada 6 saat qala bilən və maksimal uçuş məsafəsi 1 000 kilometr olan dronun hərəkət sürəti saatda 185 kilometrdir.

İsrail aerokosmos qurumunun aerokosmos dviziyası tərəfindən hazırlanan bu silaha İsraildən başqa daha iki ölkə malikdir: Hindistan və Azərbaycan!

HAROP dronu döyüş başlığı daşımır, özü bütövlükdə döyüş başlığı sayılır. Kamikadze silah olan HAROP özünü hədəfə vurur və özü ilə bərabər hədəfi də məhv edir.

Dron həm avtonom olaraq özünün radar siqnalları qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, həm də yerüstü idarətetmə mərkəzindən idarə olunur. Hədəf aşkarlanmadıqda dron bazaya qayıdır.

Silah dizayn olunarkən radar kross-seyşn (cross-section) – yəni düşmən radarında görünmə dərəcəsinin kiçik olması nəzərdə saxlanıldığı üçün hava hücumundan müdafiə sistemlərindən rahat yayınır. Elə bu xüsusiyyətinə görə də döyüşlərdə HAROP ilk sırada göndərilir.

Düşmənin radar bazaları, hava hücumundan müdafiə sistemləri HAROP vasitəsilə yararsız vəziyyətə salındıqdan sonra təyyarələr düşmən ərazisində əməliyyatlara başlayır. Kamikadze dron yerüstü bazalardan, dənizdən və hətta havadan da buraxıla bilər. Silah baza tərəfindən elektroktik sensorlar vasitəsilə hərəkətdə olan və ya sabit hədəfə yönəldilə bilər. Düşmən HAROP-u aşkarlayıb siqnal yaymaması üçün radar cihazlarını söndürsə belə, HAROP eletrotik sensorları sayəsində vizual olaraq izləyir və vurur.

Düşmənə qarşı döyüşlərdə HAROP-lardan məhz bu üsullarıla istifadə edilir və bir çox hədəflər dəqiqliklə məhv edilir.

Ermənistan Silahlı Qüvvələrini təxribatlarının qarşısının alınması çərçivəsində keçirilən əks-hücum əməliyyatları zamanı bu silahdan uğurla istifadə edilir və düşmənə həlledici zərbələr endirilir. (report)


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...